Accessibility links

Konqonun təhlükəsizlik qüvvələri azı 18 burundili qaçqını öldürüb


Konqonun təhlükəsizlik qoşunları cümə günü bəzi qaçqınları ölkələrinə geri göndərmək planları üzərində baş verən qarşıdurma zamanı ən azı 18 Burundi qaçqınını öldürüb. Bunu yerli fəallar və rəsmilər söyləyib.

Əsgərlər və polis qaçqınlar Burundi sərhədində yerləşən Kamanyola şəhərində həmyerlilərini azad etməyə çalışırkən atəş açıb.

Daxili İşlər Nazirliyinin rəsmisi Hosue Bocinin bildirdiyinə görə, qoşunlar “havaya atəş açaraq” qaçqınları dağıtmağa çalışıb, amma qrup onlara daş atmağa başlayınca onlara atəş açıb.

Şahid Alfredo Rukunqo deyib ki, əsgərlər hətta bəzi qaçqınlar yaralanandan sonra belə izdihama qarşı atəş açmağa davam edirdi.

Konqoda BMT-nin kommunikasiya rəsmissi Florenss Marşal ölüm xəbərlərini təsdiqləyib və Konqo hökümətinə bildirib ki, BMT-nin qaçqınlar agentliyi və sülhməramlı missiyası baş verənlərlə bağlı məlumat əlddə etmək məqsədilə əraziyə komanda göndərib.

Marşal deyib ki, azı 50 nəfər yaralanıb, ölənlərin sayının isə artacağı gözlənilir.

Burundinin xarici işlər naziri Alen Aime Nyamitve Konqo və BMT-dən atışmaya görə açıqlama tələb edib.

2015-ci ildən bəri prezident Pyer Nkurunzizzanın üçüncü dəfə seçkidə iştirak etmək istəyi nəticəsində yaranan siyasi zorakılıqdan qaçmaq məqsədilə Burundidən qonşu Konqoya 400 min qaçqın keçib.

XS
SM
MD
LG