ABŞ qanunvericiləri Milli Təhlükəsizlik Agentliyinin (NSA) internetdə izləmə imkanlarını məhdudlaşdıracaq qanun layihəsi açıqlayıblar. Məqsəd ABŞ vətəndaşlarının özəl həyat hüquqlarını qorumaq üçün ölçülərin gücləndirilməsidir.
Konqresdə təqdim olunacaq qanuin layihəsi yəqin ki, təhlükəsizlik və özəl həyat arasındakı uzun müddətdir ki, dolaşan debatı canlandıracaq. Bəzi qanunvericilər ABŞ hökumətinin öz vətəndaşlarını şövqlə izləməsindən narahatdırlar.
Bəzi qanunvericilər ABŞ hökumətinin öz vətəndaşlarını şövqlə izləməsindən narahatdırlar.
Nümayəndələr Palatasının Ədliyyə Komitəsi tərəfindən yazılmış qanun layihəsini mülki azadlıqları dəstəkləyən qurumlar Konqresdin 702 Maddəsi kimi tanınan qanunun islah edilməsi üçün ən yaxşı şans kimi görürlər. Xarici Kəşfiyyat İzləmə Aktında yer alan həmin maddənin möhləti 31 dekabrda bitəcək.
Bəzi ABŞ kəşfiyyat rəsmiləri 702-ci maddəni milli təhlükəsizliyi və Amerika müttəfiqlərini qorumaq üçün həyati vasitələrdən biri kimi dəyərləndirirlər.
Bu maddə ABŞ kəşfiyyatçılarına ölkə daxilində yaşayan xarici şübhəlilərin rəqəmsal kommunikasiyalarını izləmək və onları saxlamasına imkan verir.
Lakin bəzi detalları sabiq NSA podratçısı Eduard Snouden tərəfindən ifşa edilmiş bu proqram amerikalıların da bir-biri ilə kommunikasiyalarını ələ keçirir. Sonradan həmin kommunikasiya Federal Təhqiqatlar Bürosunun (FBI) orderi olmadan axtarış subyekti ola bilər.
Haqqında söhbət gedən qanun layihəsi FBI-ın 702 saylı maddə yurisdiksiyası altında toplanmış kommunikasiyaya cinayətə dəlil qismində çıxışını məhdudlaşdırır.
Lakin bu məhdudiyyət əks-terrorizm və əks-kəşfiyyat tipli məsələlərə şamil olunmur.