Accessibility links

Kapitolidəki insidentin səbəbkarı zərərsizləşdirildi [Video]


Vaşinqton şəhərinin rəsmiləri deyir ki, polis Ağ Ev yaxınlığında öz maşını ilə barrikadaları vurub keçməyə çalışan qadını təqib etmiş və Kapitoli qarşısında onu güllə ilə vuraraq öldürmüşdür.

Qadın federal binaya daxil olan zaman polis onun qarşısını almağa çalışıb. Maşını təhlükəli qaydada idarə edən qadın həmin ərazidən uzaqlaşaraq Kapitoliyə doğru şığıyıb. Polis maşınları bundan sonra qadını təqib etməyə başlamışlar. Kapitoli qarşısında onu haqlayan federal təhlükəsizlik qüvvələri maşını gülləbaran edərək
sürücünü zərərsizləşdirməyə nail olublar.

Paytaxt polisinin məlumatına görə, qadın onu təqib edən polisin avtomobilini vuraraq, bir zabiti yaralayıb. Hadisə əsnasında başqa polisin də yaralandığı deyilir. Həkimlər hər iki polisin durumunun qənaətbəxş olduğunu deyirlər.

Polis insidentin terror aktı ilə əlaqəsi olmadığını deyir. Rəsmilər habelə qadının idarə etdiyi avtomobildə bir yaşlı uşağın olduğunu bildirir.

Hazırda araşdırma davam edir.

İnsident zamanı ərazidə olan Əl-Hürrə kanalının əməkdaşları aşağıdakı videonu çəkiblər.

XS
SM
MD
LG