Accessibility links

Bütün Amerikanın gözlədiyi seçkilərdə qalib respublikaçı oldu [Video]


Bütün Amerikanın gözlədiyi seçkilərdə qalib respublikaçı oldu
please wait

No media source currently available

0:00 0:02:36 0:00

Respublikaçı Keren Hendelin 30 yaşlı demokrat rəqibi Con Ossof üzərində qələbəsi ABŞ tarixində ən bahalı Konqres seçkiləri kimi yadda qaldı. Corciya ştatının bu seçki dairəsində keçirilən seçkilərdə hər iki partiyanın xərclədiyi vəsait təxminən 50 milyon dollar təşkil etdi.

Hendel qələbə nitqində Trampa və respublikaçı liderlərə öz təşəkkürünü bildirib. Çıxışında konqresmen Stiv Skalisin güllə yarası almasını qeyd edən yeni seçilmiş konqres üzvü bildirib ki, ölkə siyasətində aqressiyanın azalması üçün əlindən gələni edəcək.

“Biz mübahisələrimizi və müxtəlifliklərimizi həll etməyin daha sivil yolunu tapmalıyıq. Çünki, ABŞ-da heç kəs öz siyasi baxışları və sahib olduğu vəzifənin onun həyatına təhlükə yarada biləcəyindən qorxmamalıdır.”

Bu seçki dairəsində erkən seçkilər buranı təmsil edən konqresmen Tom Praysın fevral ayında səhiyyə naziri təyin edilməsinən sonra keçirilib.

Atlanta ərazisinə daxil olan seçki dairəsində 1979-cu ildə sabiq spiker Nyut Ginqriçin qələbəsindən başlayaraq yalnız respublikaçılar qalib gəliblər. Son prezident seçkilərində bu dairədə Hillari Klintonun Donald Trampdan cəmi bir faiz az səs yığması demoktratlara qələbə ümidləri verirdi.

“Con Ossofun qələbəsi bu seçki dairəsi üçün böyük bir sürpriz olardı. Bura tam olaraq respublikaçıların dairəsidir.”

Bu dairədə aprel ayında keçirilən erkən seçkilərin ilk mərhələsində Ossof hər kəsdən çox səs toplamışdı. Amma onun topladığı səslər 50 faizdən az olduğundan qalibin müəyyən edilməsi üçün seçkilərin ikinci mərhələsi keçirilməli idi. Ossofun ilk mərhələdəki nailiyyəti çoxlu sayda könüllü və pul vəsaitləri cəlb etdi.

“Biz onlara cəsarətin, yaxşılığın və təvazökarlığın nəyə qadir olduğunu nümayiş etdirdik. Biz göstərdik ki, çox məsələlərdə bir-biri ilə razı olmayan insanların koalisiyasını toplaya bilərik. Biz göstərdik ki, bir məqsəd üçün birləşə bilərik. Bu isə ölkəni irəli aparmaq üçün yeganə yoldur.”

Nəticələr məlum olan kimi, Prezident Tramp Hendelin qələbəsini Twitter vasitəsilə bayram edib.

Beləliklə, respublikaçılar bu il keçirilmiş dörd erkən seçkilərdə qələbə qazanıblar. Onlar Konqresdəki 45 nəfərlik üstünlüyə sahibdirlər. Amma, prezidentin popularlığı azalsa, onlar növbəti il keçirilən Konqres seçkilərdən bu üstünlükdən məhrum ola bilərlər.

XS
SM
MD
LG