Accessibility links

Rusiya hakerləri Ukraynanın `Burisma Holdings' enerji şirkətini hədəf alıb


Yeni açıqlanan hesabatda Rusiyanın hərbi kəşfiyyat bölməsi olan GRU (Rusiya Baş Kəşfiyyat İdarəsi) hakerlərinin ABŞ prezidenti Donald Trampa qarşı impiçment əməliyyatları ilə bağlılığı iddia edilən Ukraynanın enerji şirkəti `Burisma Holdings'i hədəf aldığı bildirilib.

Baş qərargahı Kaliforniyada yerləşən Area 1 Security Təhlükəsizlik Mərkəzindəki kiber-təhlükəsizlik ekspertlərinin bazar ertəsi açıqladığı hesabatında bildirib ki, GRU agentləri noyabrın əvvəlində ABŞ prezident seçki yarışlarında Demokrat namizəd Co Baydenin oğlu Hanter Baydenin Burismadaki işçilərinə göndərdiyi elektron mesajları oğurlamaq üçün kampaniyaya başlayıb.

Əvvəlcədən hədəf alınan şirkətin özü və ya onun filiallarından hansısa məlumatın əldə edlib-edilmədiyi məlum deyil.

Ukrayna paytaxtı Kiyevdə çərşənbə axşamı parlament üzvləri hakerlərin ölkənin daxili siyasətini poza və ya ABŞ prezident seçkilərinə müdaxilə edə bilib-bilməyəcəyini müzakirə edib.

Parlament üzvü Svyatoslav Vakarçuk onların hər iki məqsədi güddüyünü deyib.

"Əvvəla, bu hücumların məqsədi ABŞ gündəliyinə təsir etmək, ikincisi isə Ukraynanın gündəliyinə təsir etməkdir. Ümid edirəm ki, onlar Ukraynanın mövqeyinə zərər verəcək heç bir məlumat tapmayacaqlar" - deyə, Holos partiyasının lideri Svyatoslav Vakarçuk bildirib.

Burisma rəsmiləri məsələ ilə bağlı şərh verməyib.

Hanter Bayden 2014-cü ildən keçən ilə qədər Burisma idarə heyətinin üzvü olub. Tramp Ukrayna prezidenti Volodymyr Zelenski ilə iyulun 25-də telefonla söhbəti zamanı ondan Baydenlər və bu enerji şirkəti barədə ittihamların yoxlanılmasını istəyib. Onların söhbəti sentyabr ayında başlayan impiçment istintaqına gətirib çıxarmış informtorun şikayətinə səbəb olub.

Hanter Bayden
Hanter Bayden

ABŞ prezidenti Demokratların nəzarətindəki Nümayəndələr Palatası tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və Konqresin təhqiqatına mane olma ittihamları ilə impiç edilib. Nümayəndələr Palatası çərşənbə günü Trampın vəzifəsindən uzaqlaşdırılması ilə bağlı məhkəmənin impiçment maddələrini araşdırması üçün Respublikaçıların nəzarətində olan Senata göndərilməsinin vaxtı ilə bağlı səsvermə planlaşdırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG