Accessibility links

Konspirasiya ehtimalına görə ABŞ-ın Kapitoli binasında təhlükəsizlik tədbirləri gücləndirilib


ABŞ-ın Kapitoli Polis İdarəsi bir milis qrupunun cümə axşamı Kapitoli binasına hücum hazırlanması planı barədə aldığı məlumata ciddi yanaşdığını bildirib.

"Fiziki bir stuktur yaratmaq və işçi qüvvəsinin sayının artırılması da daxil edilməklə, biz Kapitolinin, ictimaiyyətin və polislərimizin təhlükəsizliyini təmin etmək üçün əhəmiyyətli dərəcədə tədbirlər gördük. İdarəmizKapitoliyə qarşı hər hansı bir təhdidin qarşısının alınması üçün yerli, ştat və federal hökumətdən olan partnyorları ilə birgə çalışır" - deyə, Kapitoli Polis İdarəsi bildirib.

Konqresin toplandığı bina hazırda Milli Qvardiya qoşunlarının yardımı ilə qorunur. Yanvarın 6-da keçmiş Prezident Donald Trampın tərəfdarlarının Kapitoliyə hücumundan sonra təhlükəsizlik məqsədi ilə binanın ətrafına hündür hasar çəkilib.

Kapitoli binasına hücum Konqres üzvlərinin Prezident Co Baydenin Tramp üzərində qələbəsini təsdiqləmək üçün bir araya gəldikləri zaman baş verib.

Bügünkü tarix seçkilərin nəticələrinin saxtalaşdırdığını iddia edən sabiq prezident Trampın hakimiyyətə qayıdacağına dair sağçıların konspirasiya nəzəriyyəsi il bağlıdır. Bu tarıx 1933-cü ildə yanvarın 20-nə keçirilməzdən əvvəl prezidentlərin inaqurasiya günü idi.

Bu həftənin əvvəlində Federal Təhqiqat Bürosu və Milli Təhlükəsizlik Nazirliyinin birgə hazırladığı kəşfiyyat bülletenində yerli hüquq-mühafizə orqanlarına bir qrup silahlı ekstremistin insanları Vaşinqtona getməyə və Kapitoli binasını ələ keçirməyə təşviq etdiyi barədə xəbərdarlıq edildiyi bildirilib.

Binaya hücum təhdidləri Nümayəndələr Palatasını cümə axşamı iclasını ləğv etməyə məcbur edib. Senat iclas keçirməyi planlaşdırır.

Qanunvericilər əldə edilən yanvarın 6-sı hücumundan əvvəlki məlumatlar, yerli və federal qurumların buna necə cavab verdikləri barədə bir neçə dinləmə keçirib.

Ədliyyə Nazirliyi polis məmuru da daxil olmaqla, beş nəfərin ölümü ilə nəticələnən Kapitoli binasına hücumda 300-dən çox insanı ittiham edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG