Accessibility links

Konqres kitabxanasında onlayn oxuya bilərsiniz [Video]


ABŞ Konqresinin kitabxası
ABŞ Konqresinin kitabxası

Kitabxana 164 milyon materialdan və 1350 kilometr uzunluğunda kitab rəflərindən ibarətdir

Kongres kitabxanası 1800 ildə yaradılıb və kitabsevərlərin arzuolunan məkanıdır. Kitabxana 164 milyon materialdan və 1350 kilometr uzunluğunda kitab rəflərindən ibarətdir.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində yazıb.

Məlumatda deyilir ki, 1993-cü ildən etibarən kitabxana öz kolleksiyasını rəqəmsallaşdırıb və oxucuları kitabları onlayn oxuma imkanı ilə təmin edir. (https://www.loc.gov/collections/)

Siz Vaşınqtona gəlib kitabxananı ziyarət edə bilmirsinizsə, bu videonu izləyərək virtual tur vasitəsilə Kongres Kitabxanasına səyahət etmiş olacaqsınız.

Kitabxananın təhsil proqramları üzrə beynəlxalq əlaqələr rəhbəri Con Qudenaren bildirib ki, trafikin dörddə biri beynəlxalq səviyyədədir. O, kitabxananın Rusiyadan, Çindən və Yaxın Şərq ölkələrindən olan kolleksaiyalarının da rəqəmsallaşdırıldığını bildirib.

“Kitabxana bütün formatlarda olan materialların rəqəmsal formasını yaradır. Bundan əlavə olaraq, kitabxana 3,6 milyon qeydə, 14 milyon fotoşəkilə, 5,5 milyon xəritəyə, 8,1 milyon listovkaya və 70 milyon əlyazmaya malikdir”, Con Qudenaren qeyd edib.

XS
SM
MD
LG