Senatda demokratlar İranla nüvə razılığının əleyhinə qətnamənin qarşısını ala bilmək üçün 41 səs əldə edə bilib. Bu, prezident Barak Obama üçün böyük qələbə hesab edilir, belə ki o, razılığın əleyhinə qətnaməyə veto qoymalı olmayacaq.
Birləşmiş Ştatlar və dünyanın beş qüdrətli dövləti İranla iyul ayında razılıq əldə etmişdi. Razılığa əsasən, Tehran İran iqtisadiyyatını zəiflətmiş sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə proqramını məhdudlaşdırmalıdır.
ABŞ və onun müttəfiqləri uzun müddət İranın nüvə proqramını nüvə silahı istehsalı üçün inkişaf etdirməsindən şübhələnirdi. Tehran bu iddiaları rədd edirdi.
Respublikaçılar Konqresin Nümayəndələr Palatasında prezident Obamanın mənsub olduğu Demokrat partiyasından daha böyük üstünlüyə malikdir. Nümayəndələr Palatasının İranla razılığın əleyhinə qətnaməni qəbul edəcəyi gözlənilir. Lakin Senatın dəstəyyi olmadan bu addım yalnız simvolik məna daşıyacaq.
Prezident Obama qanunvericilərin İranla razılaşmaya dəstəyini qazanmaq üçün ciddi iş aparıb. Lakin indi Konqresdəki opponentlər prezidenti veto hüququndan istifadə etməyə məcbur edə bilməyəcəklər.
Bununla belə, tənqidçilərin razılaşma ilə bağlı fikirlərini söyləmək üçün imkanı olacaq.
Opponentlər razılaşmanın əldə edilməsini İrana olduqca dost münasibətin göstərilməsini kimi dəyərləndirərək, Tehranın nüvə proqramının olduğu şəkildə qaldığı halda, ölkəyə axacaq milyardlarla dollardan terrorizmin dəstəklənməsi üçün istifadə ediləcəyini bildirir.