Accessibility links

ABŞ-ın hər iki aparıcı siyasi partiyası Rusiyanın kiber hücumlarının araşdırılmasına çağırır


Uzun illər sürən siyasi çəkişmələrdən sonra Konqresdə respublikaçıların liderləri və prezident Obama Rusiyanın ABŞ prezident seçkilərinə müdaxilə məqsədilə kiber hücumları ilə bağlı məsələnin həllinə dair razılıq əldə edib.

Senatda respublikaçıların lideri Mitç Makkonnel və Nümayəndələr Palatasının spikeri Pol Rayan kiber hücumlarla bağlı təhqiqatın aparılmasına dəstək bildiriblər. "Rusiya bizim dostumuz deyil"-deyə Mitç Makkonnel bildirib.

Pol Rayan isə deyib ki, Nümayəndələr Palatasının təhqiqatı Trampın qələbəsini "şübhə altın almamalıdır", amma ABŞ seçkilərinə xaricə müdaxilə "qəbuledilməzdir", Rusiyanın müdaxilə isə "xüsusilə problemlidir".

Prezident Obama bazar ertəsi Comedy Central proqramında axşam şousunda müsahibəsində Rusiynın kiber hücumları məsələ ilə bağlı təhqiqatın aparılmasına nə üçün göstəriş verdiyini izah edib.

"Mən uzun aylar aparılan kəşfiyyat işinin nəticələrini, təhqiqatın bütün xətlərini bir yerə yığmaq üçünaraşdırma aparılmasına çağırdım ki, ictimaiyyət və bizim seçkili nümayəndələrimiz bundan sonra bizim seçkilərə belə bir müdaxilənin qarşısını almaq yolları tapa bilsinlər"-deyə prezident Obama bildirib..

Mərkəzi Kəşfiyyat İdarəsi Rusiyanın Trampın qələbəsinə kömək məqsədilə seçkilərin sonuncu mərhələsinə müdaxilə etdiyinə dair nəticəyə gəlib. Prezident seçilmiş Donald Tramp bu nəticələri "gülünc" adlandırıb.

Ekspertlərin sözlərinə görə, Rusiyanın hakerləri Respublikaçılar və Demokrat partiyalarının kompyuter sistemlərinə müdaxilə edərək, WikiLeaks saytı vasitəsilə demokratlar arasında həssas mövzuda yazışmaları açıqlayıblar.

Konqresdəki bəzi demokratlar kəşfiyyatın çıxardığı nəticələrdən istifadə edərək, müstəqil komissiyanın yaradılmasına çağırır.

Donald Tramp demokratların çağırışlarını siyasi fənd adlandırıb bunun demokratların Hillari Klintonun məğlubiyyətinə bəraət qazandırmaq üçün “növbəti bəhanə” olduğunu deyib.

XS
SM
MD
LG