Accessibility links

Konqres yaxın zamanda Rusiyaya qarşı yeni sanksiyaları səsverməyə qoya bilər


ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Pol Rayan
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Pol Rayan

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Pol Rayan deyib ki, prosedurlarda ləngiməyə və Kapitolida partiyalararası toqquşmalarla bağlı xəbərlərə baxmayaraq, Rusiyaya qarşı ciddi sanksiyalarla bağlı qətnamə bu günlərdə səsə qoyula bilər.

“Mən Rusiyaya qarşı güclü və sərt sanksiyalara inanıram”, Pol Rayan çərşənbə günü müxbirlərə bildirib.

Spikerin sözlərinə görə, qanun layihəsi prosedurla əlaqədar narahatlıqlara görə ləngiyir. Buraya qanun layihəsinin Senatda təsdiq olunan variantının ABŞ Konstitusiyasına uyğun olduğunu təmin etmək məqsədilə texniki dəyişikliklər daxildir.

Mən Rusiyaya qarşı güclü və sərt sanksiyalara inanıram.
Pol Rayan

Lakin Konqresin Nümayəndələr Palatasında demokratlar Senatda təsdiq edilən variantla bağlı ləngimələrə görə çərşənbə günü özlərinin hazırladığı qanun layihəsini təqdim edəcəklərini elan edib. Demokratlar ləngimənin Trampın idarəçiliyində olan Ağ Evə görə baş verdiyini bildirir.

Nümayəndələr Palatasında azlıqda olan demokratların admnistratoru Steni Hoyer
Nümayəndələr Palatasında azlıqda olan demokratların admnistratoru Steni Hoyer

“Heç bir şübhə yoxdur ki, Ağ Ev bu qanun layihəsinin təsdiq olunmasını istəmir”, Nümayəndələr Palatasında azlıqda olan demokratların administratoru Steni Hoyer müxbirlərə bildirib.

Qanun layihəsinin Senatda leyihə 98, əleyhinə 2 səslə təsdiq edilməsindən sonra onun Nümayəndələr Palatasında səsverməyə qoyulacağı gözlənilir.

Sanksiyalarla bağlı qanun layihəsi haqda debatlar Rusiyanın 2016-cı ildə ABŞ prezident seçkilərinə müdaxiləsi və Trampın kampaniyasının Rusiya liə əlaqələrinə dair təhqiqatların diqqət mərkəzində olduğu bir vaxta təsadüf edir.

XS
SM
MD
LG