Accessibility links

ABŞ kəşfiyyatı Rusiyanın seçkilərə müdaxiləsini təsdiqləyib


ABŞ-ın kəşfiyyat rəsmiləri Rusiyanın hakerlik və sənədlərin sızdırılması ilə 2016-cı il prezident seçkilərinə müdaxilə etdiyini təsdiqləyib.

Senatın Silahlı Qüvvələr Komitəsi qarşısında ifadə verən Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klapper, Milli Təhlükəsizlik Agentliyinin rəhbəri Maykl Rocers və müdafiə nazirinin kəşfiyyat məsələləri üzrə müavini Marsel Lettre Rusiyanın kibet-hücumlarını böyük təhdid adlandırıb.

Rusiyanın hərəkətləri demokratiyamıza presedenti olmayan hücumdur.
Senator Con Makkeyn

Klapper bildirib ki, kəşfiyyat orqanları WikiLeaks-in məlumatının vətəndaşların seçiminə nə dərəcədə təsir göstərdiyini müəyyən edə bilməz.

“Onların seçici fəallığını izləmək imkanları ola bilməzdi,” deyə o bildirib.

Donald Trampın kəşfiyyat agentliklərinin dəyərləndirməsi ilə bağlı dediklərinə reaksiya verən Ceymz Klapper "kəşfiyyat icmasına ictimai inamın" güclü olmasının vacibliyini vurğulayıb.

"Fikrinmcə skeptisizmlə gözdən salmaq arasında fərq var," deyə o Trampın kəşfiyyat işçiləri haqda dediklərinə eyham vurub.

Dünən Tvitterdə Culian Assanjın açıqlamalarına istinad etmiş Donald Tramp bu gün medianı onun kəşfiyyat icması haqda dediklərini təhrif etməkdə günahlandırıb.

Bəzi ABŞ qanunvericiləri kəşfiyyat rəsmilərinə istinad edərək açqılamalara vasitəçi olmuş WikiLeaks banisi Culian Assanjı Rusiya xüsusi xidmət orqanlarının ruporu adlandırıblar. Onlar Assanjın açıqlamalarını ABŞ milli təhlükəsizliyinə ciddi hədə kimi dəyərləndirirlər.

Klapper Çinin yaxın keçmişdə Çinin də ABŞ hökumətinə qarşı kibercəsusluğunun uğurunu diqqətə çatdırıb.

Çinlə Amerika cəsusuluğun məhdudlaşdırılmasına dair 2015-ci ildə razılıq əldə edib.

Prezident Obama Rusiyanın espionaj əməllərinə cavab olaraq 35 rus diplomatının ABŞ-dan qovulmasına göstəriş verib və əlavə ölçülərin götürüləcəyini bəyan edib.
Prezident Obama Rusiyanın espionaj əməllərinə cavab olaraq 35 rus diplomatının ABŞ-dan qovulmasına göstəriş verib və əlavə ölçülərin götürüləcəyini bəyan edib.

Dinləmələrin açılışında komitənin sədri Con Makkeyn deyib ki, hər bir amerikalı Rusiyanın əməlləri ilə bağlı diqqətli olmalıdır.

"Bizim komitə bu gün demokratiyamıza presedentiz bir hücumdan sonra bir araya gəlir," deyə Makkeyn dinləmənin əvvəlində qeyd edib.

Senator Konqresin Amerikaya qarşı haker-hucumların qarşısını almaq üçün tədbirlər görməli olduğunu bildirib. Bu məsələdə onun Demokrat həmkarlarından, o cümlədən bəzi Respublikaçılardan dəstək alacağı gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG