Accessibility links

Konqres və Silikon Vadisi seçki müdaxiləsinin qarşısını almağın yollarını axtarırlar [Video]


Konqres və Silikon Vadisi seçki müdaxiləsinin qarşısını almağın yollarını axtarırlar
please wait

No media source currently available

0:00 0:02:49 0:00

Konqres və Silikon Vadisi seçki müdaxiləsinin qarşısını almağın yollarını axtarırlar

Xarici kəşfiyyatın sosial media platformalarına müdaxiləsi ilə mübarizədə daha çox iş görəcəklərini söz verdikdən sonra Facebook, Google və Twitter rəhbərləri Konqres ilə birlikdə çalışaraq, vəziyyətdən çıxış yolları üzərində çalışırlar.

Bu reklamlara görə Silikon Vadisinin nəhəngləri üzr istəmək məcburiyyətində qaldılar.

“Siz 2016-cı il seçkilərinə müdaxilə ilə bağlı şirkətinizin cavabından məmnunsunuzmu? Hə, ya yox?”

Google nümayəndəsi: “Daha çox iş görə bilərdik.”

Twitter nümayəndəsi: “Yox, daha çox iş lazımdır”

Facebook nümayəndəsi: “Eyni fikirdəyik”

Qəzəbli qanunvericilər qanunlardakı boşluqları görməyə başlayıblar.

“Xarici qurumun rubl ilə siyasi reklam ala bilməsi gülüncdür.”

Hələ aydın deyil növbəti addım Konqresdən gələcək, yoxsa sosial media şirkətlərinin özündən.

“Dəyişiklikləri anlayan yeganə yer varsa, o da Silikon Vadisidir.”

Kaliforniyanın texnoloji yeniliklərlə tanınan yerini təmsil edən Eşu ənənəvi siyasi reklamların daha şəffaf olması üçün səy göstərir.

“Vətəndaşların reklamların kim tərəfindən ödənildiyini bilməsi onların düşüncələrinə təsir edir. Bu o demək deyil ki, bölücü reklamların yayılmasını istəyən amerikalılar olmayacaq. Amma ən azından reklamın haradan maliyyələşdirildiyini bilmək daha aydın müzakirələrə, əsl niyyətin müəyyən edilməsinə kömək edəcək.”

Buna görə də Konqresdə Dürüst Reklamlar Aktı təqdim edildi.

“Amerikalılar reklamın kimin tərəfindən ödənildiyini bilməyə haqq edirlər. Hətta Rusiyanın seçkilərə müdaxiləsi müşahidə olunmasaydı belə, biz öz qanunlarımızı yeniləməli idik. Bizim qanunlarımız bizimlə manipulasiya edənlərin bacarıqları qədər mürəkkəb olmalıdır.”

Sosial media şirkətlərinin heç biri qanun layihəsinə dəstəklərini nümayiş etdirməyib. Əvəzində isə reklamlara özlərinin nəzarət edə biləcəkləri təklifini səsləndiriblər. Ekspertlər isə deyirlər ki, onların məlumat bazası mükəmməl olmayacaq.

“Bu cür məlumat bazasının hazırlanması çox ağır, mürəkkəb və qarışıq işdir. Bu yaxşı fikir ola bilər, amma icra edilməsi çox çətindir.”

Eyni zamanda təklif olunan qanun layihəsi sosial media probleminin yalnız bir hissəsini əhatə edir.

“Daha ciddi problem odur ki, Rusiya və digərləri yalan məlumatları yayan saytlar açırlar. Bu cür xəbərlər heç zaman “Rusiya tərəfindən sponsorluq edilib” deyə təqdim edilmir.”

Baxmayaraq ki, hər iki tərəf irəli getmək üçün yollar tapıb, Eşu seçkilərə müdaxilənin dayanmayacağı xəbərdarlığını edir.

“Onlar bunu etməyə davam edəcəklər. Bununla bağlı şübhəm yoxdur. Biz konstitusiyamıza zərər vurmadan bunu dayandırmalıyıq. Sərt olmalıyıq və bunun bədəlini ödəməli olduqlarını deyə bilməliyik.”

Amerikanın demokratiyasına təhlükə olması ilə bağlı sərt mesaj kifayət qədər aydındır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG