Accessibility links

ABŞ-ın nüfuzlu qanunvericiləri Suriyaya hücum planına dəstək bildirib


ABŞ-ın nüfuzlu qanunvericiləri gələn həftə Suriyaya hərbi müdaxilə ilə bağlı səsvermə zamanı prezident Barak Obamaya dəstək verəcəklərini bildiriblər.

Konqresin Nümayəndələr Palatasının spikeri Con Beyner və Nümayəndələr Palatasında demokrat azlığın lideri Nensi Pelozi Ağ Evdə prezident Obama ilə görüşdən sonra açıqlama veriblər.

Nümayəndələr Palatasında Respublikaçılar partiyasının lideri olan Beyner bildirib ki, Birləşmiş Ştatlar suriya prezidenti Bəşar Əl-Əsədi dayandırmaq qabiliyyətinə malikdir və kimyəvi silahlardan istifadə məsələsində güzəştə gedilməyəcəyi haqda xəbərdarlıq göndərməlilidir.

Cənab Obamanın mənsub olduğu Demokrat partiyasının Nümayəndələr Palatasında lideri olan Pelozi isə deyib ki, Suriyanın kimyəvi silahlardan istifadə etməsi sivil davranış qaydalarından kənar bir hərəkətdir. O, Birləşmiş Ştatların buna cavab verməli olduğunu bildirib.

Suriya hökuməti hərbi qüvvələrin kimyəvi silahlardan istifadə etməsini rədd edir.
XS
SM
MD
LG