Konqresin respublikaçı üzvləri çərşənbə axşamı prezident Trampı polad və alüminiuma tətbiq etməyi nəzərdə tutduğu tariflərlə bağlı daha ünvanlı yanaşma sərgiləməyə çağırıb. Ekspertlər bu tariflərin qlobal ticarət müharibələrinə gətirib çıxaracğından narahatdır.
Konqres prezidentə tariflərin Amerika iqtisadiyyatına mənfi təsirlərinin olacağı ilə bağlı xəbərdarlıq edəndən sonra Ağ Ev onları əksinə inandırmağa çalışıb.
Respublikaçı senatorlar bunun daha böyük ticarət müharibəsinə çevriləcəyindən narahatdır. Bir çoxları administrasiya ilə bunun genişmiqyaslı təsirlərini müzakirə edir. Olar həmçinin tariflərin inkişaf edən iqtisadiyyata maneçilik törədəcəyinə dair narahatlığını dilə gətirir.Mitç Makkonnel
“Ticarət müharibələri o qədər də pis deyil,” Tramp deyib.
Trampın təklif etdiyi kimi polada 25, alüminiuma isə 10 faizlik tarif Konqresdəki respublikaçı nümayəndələrin qınağına səbəb olub. Onlar Trampı bu tarifləri yüngülləşdirməyə çağırıb, çünki əks halda ABŞ-ın iqtisadi inkişafı təhlükə ilə üzləşə bilər.
“Respublikaçı senatorlar bunun daha böyük ticarət müharibəsinə çevriləcəyindən narahatdır. Bir çoxları administrasiya ilə bunun genişmiqyaslı təsirlərini müzakirə edir. Olar həmçinin tariflərin inkişaf edən iqtisadiyyata maneçilik törədəcəyinə dair narahatlığını dilə gətirir” deyə Senatın çoxluq lideri Mitç Makkonnel bildirib.
Respublikaçıların bu planı qınaması qeyri-adi bir haldır. Onlar daha öncə səhiyyə sığortası sistemi və immiqrasiya kimi ziddiyət yaradan məsələlərlə bağlı müzakirələrdə prezidenti qınamaqdan yayınıb.
“Belə görünür ki, onlar tarifləri düzgün istiqamətləndirməyiblər. Bunun Çindən çox Kanada və Avropa İttifaqına mənfi təsirləri olacaq. Buna görə də onlar hədəfin Çin olduğundan əmin omalıdırlar, çünki bizim əsas ticarət probleminiz Kanada və Avropa ilə deyil, Çinlədir,” Senatın azlıq lideri Çak Şumer söyləyib.
Amma prezident çıxışında Avropanı da onillər boyu Birləşmiş Ştatlardan faydalanmaqda ittiham edib.
“Avropa İttifaqı Birləşmiş Ştatlara qarşı sərt olub. Onlar bizim onlar ilə iş görməyimizi qeyi-mümkün hala gətirir, amma özləri maşınlarını və başqa məhsullarını Birləşmiş Ştatlara göndərir. Onlar istədiklərini edə bilər. Amma bu halda biz də onların maşınlarına 25 faizlik vergi tətbiq edəcəyik. İnanın mənə, bundan sonra onlar indi etdiklərini artıq etməyəcəklər,” Tramp deyib.
Burda həll olunması zəruri olan problem var. Biz isə bu problemin ehtiyatlı bir şəkildə həll olunmasını istəyirik ki, istənməyən nəticələrin qarşısını alaq.Pol Rayan
Respublikaçılar isə ümid edir ki, Konqres prezidenti tarifləri azaltmağa razı sala biləcək.
“Burda həll olunması zəruri olan problem var. Biz isə bu problemin ehtiyatlı bir şəkildə həll olunmasını istəyirik ki, istənməyən nəticələrin qarşısını alaq,” deyə Nümayəndələr Palatasının spikeri Pol Rayan söyləyib.
ABŞ Konqresi bu tariflərin qarşısını ala biləsə də, respublikçıların bunun əvəzinə prezidentlə işləyib daha uyğun həll yolu tapmağa çalışacaqları gözlənilir.
“Mən Konqresdəki respublikaçıların qanunvericilik hüquqlarından istifadə etməyə niyyətlərinin olduğunu düşünmürəm. Məncə onlar daha çox Trampı yola gətirmək istəyirlər,” Brukinqs İnstitutundan Molli Reynolds deyir.