Accessibility links

Konqresə namizəd müxbirə hücum etməkdə günahlandırılır


ABŞ-ın Montana ştatından Konqresə namizədə qarşı britaniyanın The Guardian qəzetinin müxbirinə hücum etdiyinə dair ittiham irəli sürülüb.

The Guardian müxbiri Ben Ceykobsun çərşənbə günü baş verən insident zamanı qeydə aldığı səsyazmanı yayıb. Ceykobs Qreq Cianfortun Konqresin Büdcə Ofisinin Nümayəndələr Palatasının səhiyyə qanunu ilə bağlı apardığı təhlilə reaksiyasını almağa çalışıb.

Cianfortun kampaniyası bildirib ki, Ceykobs səsyazma alətini Cianfortunn üzünə çox yaxın tutaraq və namizədi təngə gətirən suallar verərək aqressiv davranış sərgiləyib.

Cianfortun kampaniyasının bəyanatında bildirilib ki, Cianfort səsyazma alətini almağa çalışanda, Ceykobs Cianfortun əlini tutub və bu, ikisinin də yerə yıxılmasına səbəb olub.

Cümə axşamı televiziyaya verdiyi müsahibədə Ceykobs qarşıdurmanı onun başlatdığını inkar edib.

İnsidentə şahid olan Fox News müxbiri Alişia Akuna kanalın vebsaytında insidentlə bağlı uzun məqalə yazıb. O, Cianfortun Ceykobsu boynundan tutub, yerə yıxdıqdan sonra ona yumruq vurduğunu bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG