ABŞ-Azərbaycan diplomatik əlaqələrinin 25 illiyini qeyd etmək məqsədilə, ABŞ-ın Azərbaycandakı səfirliyi Muğam Mərkəzində Qala konsert təşkil edib.
Amerikadan gələn vokalçı Gabrielle Stravelli və tanınmış sənətkar Sevda Ələkbərzadənin ifasında Amerika və Azərbaycan cazının gözəl musiqili performansını təqdim edib.
ABŞ-Azərbaycan diplomatik münasibətlərinin 25-ci ildönümü ilə bağlı qeyd edilən tədbirlər silsiləsi çərçivəsində Gabrielle Stravelli və onun musiqi qrupu Azərbaycanın müxtəlif yerlərində çıxışlar edəcək. Qrup tərəfindən Xaçmaz, Kürdəmir, Salyan və Gəncədə ictimai konsertlərlə yanaşı yerli musiqiçilər üçün ustad dərsləri keçiriləcək.