Accessibility links

Braziliyada konsert zamanı səhnə çöküb


Braziliyada keçirilən konsert zamanı səhnənin çökməsi nəticəsində bir nəfər həyatını itirib, bir neçə nəfər isə ciddi xəsarət alıb.

Konsertin sosial mediada yerləşdirilən videosunda Esteio şəhərində keçirilən Atmosfer festivalı zamanı güclü küləyin səhnənin polad dirəkləri aşırdığı görünür.

Festivalın 30 yaşlı DJ-i dağıntılar altında qalıb. Onu xəstəxanaya çatdırmaq mümkün olsa da, bir müddət sonra onun öldüyü bildirilib.

Sinoptiklər bazar günündən etibarən şiddətli külək və leysan yağışlarının gözlənildiyi haqda xəbərdarlıq etmişdi.

XS
SM
MD
LG