Accessibility links

Amerika konstitusiyasına 11,000 dəfə düzəliş təklifi irəli sürülüb [Video]


ABŞ konstitusiyası çox sadə, eyni zamanda çox dərin anlayışı təcəssüm etdirir. Bu konstitusiya insanların hüquqlarının dövlət tərəfindən deyil, yaradan tərəfindən verildiyini tanıyır və insanlar yalnız bundan sonra hökümətə bu hüquqları ötürdüyünü deyir. Belə bir şey daha öncə heç zaman baş verməmişdi.

Amerikanın qurucu ataları inanırdılar ki, qeyri-mükəmməl insanlardan formalaşan və digər qeyri-mükəmməl insanları idarə edən hökümətin hakimiyyəti məhdud olmalıdır. Konstitusiya insanların yalnız istədikləri hüquqları hökümətə ötürə bilməsini təmin edir. İllər ərzində səkkiz səhifəlik bu konstitusiyaya çoxlu sayda düzəlişlər təklif edilib. Bu sözləri Milli Arxivin kuratoru Kristin Blekerbi deyir.

“Konqresdə 11,000 dəfə konstitusiya düzəlişləri təklifi irəli sürülüb. Düzəlişlər təklifləri yalnız konqresin palatalarından birində səsləndirildiyi zaman qeydə alınır.”

Konstitusiyaya dəyişikliklər etmək cəhdləri 1789-cu ildən, onun qüvvəyə mindiyi andan bəri müşahidə edilir. ABŞ konstitusiyasına ilk əlavələr - hökümətinin gücünü məhdudlaşdıran 10 düzəliş 1791-ci ildə qəbul edilib.

“Konstitusiya düzəlişlərinin edilməsi arxasında üç əsas səbəb və ya ideya dayanırdı. Düzəlişlərin çoxu, 27-sindən 17-si əslində hüquqların genişləndirilməsi ilə bağlı idi. Məsələn, seçki hüquqları, söz azadlığı, və ya din azadlığı.”

Blekerbinin dediyinə görə, geniş müzakirə edilən digər mövzu hakimiyyətin məhdudlaşdırılmasıdır.

“Buna prezidentliyin iki müddətlə məhdudlaşdırılmasını misal göstərə bilərik.”

Konstitusiyaya digər dəyişikliklər təklifləri də olub. Məsələn, prezidentin lotereya ilə seçilməsi, evliliklərin, içkilərin, hətta quşların hərəkətinin məhdudlaşdırılması.

Düzəliş təkliflərinin daha intensiv səsləndiyi dövrlər də olub. Bu, əsasən sosial dəyişikliklər dövrləri baş verib.

Ən çox təklif edilən düzəliş Bərabər Hüquqların təmin edilməsi düzəlişi ilə bağlıdır. Həmin düzəliş Konqres tərəfindən qəbul edilsə də, ştatların bəziləri hələ də onu təsdiq etməyiblər.

“Düzəlişin konstitusiyaya daxil edilməsi üçün ştatların dördə üçü tərəfindən ratifikasiya edilməsi lazımdır. Bu səbəbdən, Bərabər Hüquqlar Düzəlişi Konqres tərəfindən təsdiq edilməsinə baxmayaraq, hələ də konstitusiyaya daxil edilməyib.”

Blekerbinin sözlərinə görə, konstitusiya dəyişikliklərinin edilməsinin asan olmaması əslində çox yaxşıdır.

Amerikalıların ilkin nəsilləri fərdi azadlıqlar və məhdud hökümət ideyalarına görə həyatlarını qurban veriblər. Qurucu atalar isə xəbərdarlıq ediblər ki, bu dəyərlərin qorunub saxlanması üçün növbəti nəsillərin ayıq olması lazımdır.

XS
SM
MD
LG