Misirdə konstitutsiya məhkəməsi sabiq baş nazir Əhməd Şafiqin həftəsonu keçiriləcək prezident seçkilərində iştirakına yaşıl işıq yandırdıqdan sonra gərginliklər artıb.
Məhkəmə binası qarşısında toplaşmış izdiham hərbi rejimin devrilməsinə çağırıb.
Şafiq may ayında keçirilən səsvermənin birinci raundunda Müsəlman Qardaşlarının namizədi Məhəmməd Morsidən sonra ikinci yeri tutmuşdu.
Məhkəmə hökmü final seçimin Morsi ilə Şafiq arasında olacağını müəyyən edir.