Accessibility links

Amerika səfirliyi yeni təkmilləşdirilmiş viza üçün müraciət və gün təyin etmə proseduruna keçir


ABŞ-da iranlılar üçün yeni viza siyasəti tətbiq edilib
ABŞ-da iranlılar üçün yeni viza siyasəti tətbiq edilib

Yeni prosedurun tətbiqi dekabrın 27-dən başlayacaq. Konsulluq şöbəsi dekabrın 27-dən yanvarın 3-dək viza xidmətlərini dayandıracaq

ABŞ-ın Bakıdakı Səfirliyi 27 dekabr 2012-çi ildən etibarən yeni təkmilləşdirilmiş viza üçün müraciət və gün təyin etmə prosedurlarını həyata keçirəcək. Bu dəyişikliyin bir hissəsi olaraq, ərizəçilər viza müsahibəsinə yazılmazdan əvvəl rüsumu ödəyəcəklər.

Hazırda ABŞ-ın Bakıdakı Səfirliyində viza müsahibəsi üçün yalnız əvvəlcədən yazılmaq lazımdır və viza ərizəçiləri rüsumu müsahibə zamanı ABŞ Səfirliyində ödəyirlər. Cümə axşamı, 27 dekabrdan sonra viza ərizəçiləri internet vasitəsi ilə DS-160 viza ərizə formasını doldurub viza müsahibəsinə yazilmalıdırlar.

Viza görüşünə yazılmaq üçün sayt www.usvisa-info.com

Ərizəçilər viza üçün müraciət rüsumunun ödənişinə görüş təyin edilən zaman hazir olmalıdırlar. Ödənişlər kredit kartı ilə və ya Azərbaycanda təyin edilmış bankda nəğd ödənilə bilər. Bu yeni prosedurlar haqqında məlumat gələn həftə açıqlanacaq.

Yeni görüş və ödəmə sistemi ABŞ-ın Bakıdakı Səfirliyindəki bütün əvvəlki gün təyin etmə sistemlərini əvəz edəcək və bu bütün ərizəçilərə - rezidentlərə və qeyri-rezidentlərə tətbiq ediləcək.

27 dekabr 2012-ci ildən etibarən ərizəçilər gün təyin etmək üçün yeni sistemdən istifadə edə bilərlər və müsahibələr cümə axşamı, 3 yanvar 2013-cü ildən başlayacaq.

ABŞ Səfirliyinin konsulluq şöbəsi 27 dekabr 2012-ci ildən cümə axşamı, 3 yanvar 2013-cü ilədək viza xidmətlərini dayandıracaq. Fövqəladə hallarda səyahət üçün məhdud viza xidmətləri göstəriləcək. Konsul xidməti xahiş edir ki, ConsularBaku@state.gov elektron poçtuna müraciət göndərəsiniz.

Hətta yeni viza müraciət və gün təyin etmə prosedurları həyata keçirildikdən sonra, təcili viza üçün görüş müraciətləri ayrı-ayrılıqda nəzərdən keçiriləcək.
XS
SM
MD
LG