Accessibility links

Heyvanxanadan qaçan panda geri qaytarılıb


Kopenhagen heyvanxanasındakı nəhəng pandalardan biri bazar ertəsi səhər saxlandığı yerdən qaçaraq, heyvanxana işçiləri onu tutub geri gətirənə qədər yaxınlıqdakı parkda gəzib.

Müşahidə kamerasının görüntülərində heyvanxanaya keçən il gətirilən 7 yaşlı erkək Şin Erin dişi panda Mao Sunla birlikdə yaşadığı yeni inşa edilən 24.2 milyon dollarlıq Panda Evindən qaçdığını görmək olub.

Heyvanxana sözçüsü Beqt Holstun dediyinə görə, video-görüntülərdə erkək pandanın üç sıra elektrik naqillər dolanmış metal dirəyə dırmaşdığını və oradan da bağçaya endiyi müşahidə edilib.

O, belə bir şeyin yenidən təkrar olunmaması üçün heyvanxananın təhlükəsizliyi işlərindən dəyişikliklər edilməli olduğunu deyib.

Holst heyvanxanasının işçi heyəti çevik hərəkət edərək, heyvana zərər vermədən onu sakitləşdirdiklərini və yem verdiklərini deyib.

Hadisə bazar ertəsi, heyvanxana xalqa açılmazdan əvvəl baş verib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG