Accessibility links

Sabiq Şimali Koreya casusunun açıqlamaları [Video]


Sabiq Şimali Koreya casusunun açıqlamaları
please wait

No media source currently available

0:00 0:02:20 0:00

Pxenyan xarici vətandaşları Cənubi Koreyanı tərk etməyə çağırıb. Bəs kommunist ölkəni qonşularını və dünyanı təhdid etməyə vadar edən nədir?

Hazırda Cənubi Koreyada yaşayan sabiq Şimali Koreya casusu müəmmalı dövlətin daxili işləmə mexanizmi və onun gənc lideri haqda nadir məlumatlar paylaşıb.

"Kim Conq Un çox gənc və təcrübəsizdir. O, hərbi qüvvələr üzərində tam nəzarət və onların inamı qazanmaqda çətinlik çəkir."

Kim Hyun Hi Avstralya ABC televizyasına yerini açıqlanmasını istəməyən bir yerdə müsahibə verib. Kim 1987-ci ildə Cənubi Koreyaya məxsus təyyarəyə bomba yerləşdirərək 115 insanın ölümünə bais olmuşdu. Cənubi Koreya rəsmiləri onu həbs edib və ölüm cəzasına məhkum etmişdilər. Lakin sonradan onu Şimalın təsirinə məruz qaldığı müəyyən edilmiş və bağışlanmışdı.

Sabiq casus Kim Conq Un-un təhdidlərinin arxasında səbəblər olduğunu deyir.

"Şimali Koreya nüvə proqramını öz xalqına nəzarət etmək, Cənubi Koreya və Birləşmiş Ştatlardan güzəştlər qoparmaq üçün istifadə edir."

Başqalarıda bununla razılaşır. Asiya Cəmiyyəti təşkilatından ekspert Suzanna DiMajjio deyir ki, rejim iqtidarı əldə saxlamaq üçün yollar arayır.

"Siz Şimali Koreyada vəziyyətə diqqət edin. Hümanist yönümdən baxsaq, iqtisadiyyat çox bərbad haldadır və çox aydındır ki, rejim aprelin 15-ni ümummilli lider günündən istifadə edir. Bu hərbə-zorba isə xalqı səfərbər etmək üçün bir yoldur və ölkədə millətçiliyi alovlandıraraq yeni liderə dəstək qazanılır."

Hərbi təhlilçilər deyir ki, təhdidlərə rəğmən 1.2 milyon qüvvəyə malik Şimali Koreya ordusu müharibə üçün heç bir hazırlıq görmür. Ancaq təhlilçilər hesab etmirlər ki, Pxenyan nüvə silahını sınaqdan keçirmək və ya raketlər ataraq təxribat xarakterli fəaliyyətlərinə yaxın günlərdə son qoyacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG