Accessibility links

Şinzo Abe Şimali Koreyanın ballistik raket sınağını qəbuledilməz adlandırıb


Yaponiyanın baş naziri Şinzo Abe Şimali Koreyanın ballistik raket sınağını qəbuledilməz adlandırıb.

ABŞ-ın Florida ştatında prezident Donald Trumpla birgə olan Yaponiyanın baş naziri Şinzo Abe deyib ki, raket buraxılması BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinə ziddir.

Raket buraxılması BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinə ziddir

Tramp faktı çox qısa şərh edərək deyib ki, “ABŞ Yaponiyanın tərəfindədir”.

Cənubi Koreya və ABŞ hərbçiləri Şimali Koreya sahillərindən buraxılmış ballistik raketi ilə bağlı nəticələri öyrənirlər. Raket 500 km-ə yaxın uçub.

Pentaqon təsdiqləyib ki, Şimali Koreya ərazisindən “raketin buraxılması” qeydə alınıb.

Müdafiə nazirliyinin bəyanataında deyilir ki, raket şimal-qərb Kusonq şəhəri yaxınlığında qeydə alınıb və bunun Şimali Amerikaya heç bir təhlükəsi yoxdur.

Ekspertlər raketin ABŞ deyil, yalnız Yaponiyanı hədəf almaq qabiliyyətinə malik olduğunu bildirir.

Amerika mediasının yazırdığına görə, raketin tipini və onun nüvə enerjisi daşıyıb-daşımadığını müəyyən etmək mümkün olmayıb.

ABŞ prezidenti Donald Tramp seçkiqabağı kampaniyaları zamanı deyib ki, Şimali Koreya ABŞ-a çata biləcək nüvə silahı istehsal edə bilməyəcək.

“Bu, baş verməyəcək!”- deyə Tramp təfsilata varmadan Tvitter səhifəsində yazıb.

Pxenyan dəfələrlə qısa-mənzilli raketlərini sınaqdan çıxarıb. Bu sınaqların bəzisi uğurlu, bəziləri isə uğursuz olub.

XS
SM
MD
LG