Accessibility links

Dünyanın diqqəti iki Koreya arasındakı görüşdədir [Video]


Dünyanın diqqəti iki Koreya arasındakı görüşdədir
please wait

No media source currently available

0:00 0:02:24 0:00

Dünyanın diqqəti iki Koreya arasındakı görüşdədir

Dünyanın diqqəti çərşənbə axşamı iki Koreya arasında keçiriləcək yüksək səviyyəli görüşdədir. Belə səviyyədə görüş son iki ildə ilk dəfə keçirilir. Danışıqlar Şimali Koreyanın Qış Oimpiya Oyunlarıda iştirakı haqqında olacaq. Lakin ümidlər var ki, bu görüş, iki ölkə arasında daha geniş mövzuların müzakirə ediləcəyi danışqların başlanmasına təkan verəcək.

Cənubi Koreya vətəndaşları Şimali Koreya ilə rəsmi danışıqların keçirilməsini alqışlayır. Bu danışıqların keçirilməsi yaxınlaşan Olimpiya Oyunlarının Şimali Koreyanın raket sınaqları ilə korlamayacağına ümid verir.

Qo Sunq-Nam, Seul sakini: “İdman vasitəsilə diplomatiya. Cənubi Koreya Olimpiya Oyunları ilə bağlı Şimali Koreya ilə üzləşir. Biz bununla müharibə hədələrindən bir addım uzaqlaşa bilərik.”

Şimali Koreyanın tez-tez keçirdiyi raket sınaqları nəticəsində yaranan gərginlikdən yorulan cənublular ümid edirlər ki, danışıqların istiqaməti idmandan daha çox Şimali Koreyanın nüvə proqramına yönələcək.

Kanq Con-Tae, Seul sakini: “İlk növbədə, Pxençxan Olimpiadasının təhlükəsiz keçirilməsi önəmlidir. Amma düşünürəm ki, mürəkkəb beynəlxalq vəziyyətə baxmayaraq, danışıqlar nüvə problemi haqqında müzakirələrin açılmasına təkan verə bilər. ”

Şimali Koreya buzda konkisürmə cütlüklərinin Olimpiadaya buraxılmalarını gözləyir. Cənubi Koreya rəsmiləri isə deyirlər ki, ölkə Koreya müharibəsi başlayandan bəri ayrılan ailələrin bir araya gəlməsi məsələsi ilə bağlı müzakirəni yenidən açmağa çalışacaq. Cənubi Koreyada yaşayan təxminən 60,000 yaşlı qohumlarını yenidən görməyə ümid edir.

Kim Yonq-Hyun, Donqqul Universiteti, Cənubi Koreya: “Danışıqların böyük hissəsi Pxençxan Olimpiadası mövzusunda olacaq. Digər mövzular isə humanitar aspektləri, xüsusilə də ailələrin yenidən bir araya gəlməsi, Şimali Koreyada uşaqlara və hamilə qadınlara yardımı əhatə edə bilər.”

Cənubi Koreya təhlilçisi yaxınlaşan danışıqlarda Şimali Koreyanın beynəlxalq icmaya problem yaradan ölkə olmadığı göstərməyə çalışacağını deyir.

Kim Yonq-Hyun, Donqqul Universiteti, Cənubi Koreya: “Olimpiada iştirak etməklə, Şimali Koreya dünyaya normal ölkə olduğunu və Kim Con Unun normal lider olduğunu göstərmək istəyir.”

Şimali Koreya lideri Kim Conq Unun ABŞ prezidenti ilə döyüşkən ritorikası olub. Bu, mümkün nüvə konfrontasiyası narahatlığı yaradıb. Çin dəfələrlə dialoqa geri dönməyə çağırış edib.

Roma Papası Fransis isə bazar ertəsi nüvə silahlarına beynəlxalq qadağının tətbiq edilməsinə çağırış edib və xarici diplomatlardan yarımadada dialoqun dəstəklənməsini xahiş edib.

Təhlilçilər deyirlər ki, Şimali Koreya çətin ki, yaxın gələcəkdə öz nüvə inkişaf proqramından əl çəksin. Tramp iki Koreya dövləti arasındakı görüşü alqışlayıb və nüvə silahına malik olan Şimali Koreyayanı qəbul etməyəcəyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG