Accessibility links

Şimali Koreya ilə dialoq təklifinə Amerikada qarışıq reaksiyalar


Demokratlar təklifi alqışlayır, respublikaçılar isə ehtiyatlı mövqedən çıxış edir

Dövlət katibi Con Kerrinin Şimali Koreyaya sülh müzakirələri təklifi ABŞ-da qarışıq reaksiyalarla qarşılanıb.

Demokrat senator Riçard Durbin Obama adminitsrasiyasının bu təklifini alqışlayıb. O, Kerrinin səylərinin düzgün olduğunu deyərək, pozitiv ölçülərin Şimali Koreyanı sərt ritorikalardan çəkindirəcəyini bildirib.

Fox News televiziya kanalına müsahibəsi zamanı Durbin deyib ki, Koreya yarımadasında gərginliklər Çinin yardımı ilə yatırıla bilər.

Lakin bəzi qanunvericilər Şimali Koreya ilə müzakirələr fikrinə fərqli baxır. Respublikaçı senator Con Kornin deyib ki, ABŞ Pxenyanı onun sərgilədiyi düşmən mövqeyinə görə mükafatlandırmamalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG