Accessibility links

Şimali Koreya ABŞ-la dialoqa hazırdır


Cənubi Koreya rəsmiləri Pxenyanın son zamanlar düşmən bəyanatlarına baxmayaraq, Şimali Koreyanın ABŞ-la dialoqa hazır olduğunu bəyan edib.

Seulun prezident aparatı Prezident Mun Cae-İn-lə Şimali Koreyanın nümayəndə heyəti arazındakı görüş zamanı dialoq barədə müzakirələr keçirildiyini bildirib. Tərəflər Şimalla ABŞ arasında münasibətlərin ələ-ələ normallaşdırılmasında razılıq əldə edib.

Daha əvvəl Şimali Koreyanın KCNA xəbər agentliyi bildirmişdi ki, ABŞ-ın sanksiyaları Pxenyana qarşı müharibə elan etməsi deməkdir.

Bəyanatda Koreya yarımadasındakı gərginliklərə görə Amerika günahlandırılıb və deyilib ki, Pxenyan nüvə silahlarını ABŞ-ın təhdilərinə görə inkişaf etdirməyə məcburdur.

ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya qarşı “ən ağır” sanksiyalar tətbiq edəcəyini elan edib. Bu, Ağ Evin Pxenyana qarşı “maksimum təzyiq” kampaniyasının bir hissəsi hesab edilir.

Sanksiyalar 56 obyekti - 27 mal daşınması və ticarət şirkətini, 28 gəmini və bir fərdi hədəf alıb. Yüksək vəzifəli ABŞ rəsmisinə əsasən həmin hədəflər Çindən Tanzaniyaya qədər dünyanın müxtəlif yerlərində yerləşir.

XS
SM
MD
LG