Accessibility links

FATF: Şimali Koreyanın maliyyə əməliyyatlarına xüsusi diqqət yetirilməlidir


Parisdə yerləşən Maliyyə Araşdırmaları Təşkilatı (FATF) bildirir ki, quruma üzv ölkələr Şimali Koreyanın maliyyə əməliyyatlarına xüsusi diqqət yetirməlidir.

Brüsseldə keçirilən plenar toplantıda bu kommunist ölkəsinin xüsusi nəzarət siyahısına salınmasına qərar verilib.

Təşkilatın bəyanatında deyilir ki, şirkətlər və maliyyə təsisatlarının bütün əməliyyatları daxil edilməklə, Şimali Koreya ilə biznes əlaqələrinə xüsisi diqqət yetirilməlidir.

Qrup bundan əlavə Şimali Koreyanın çirkli pulların yuyulmasına dair tövsiyələrə əməl etmədiyinə dair narahatlığını ifadə edib.

“Şimali Koreyanın çirkli pulların yuyulmasına qarşı mübarizəsində və terrorizmin maliyyələşdirilməsinə nəzarətindəki qüsurlar beynəlxalq maliyyə sisteminə ciddi hədə təşkil edir” - deyə təşkilat bildirir.

ABŞ və BMT-nin sanksiyalarından yaxa qurtarmaq cəhdi kimi Şimali Koreya çirkli pulların yuyulması ilə mübarizə aparacağına vəd verib. 2014-cü ilin iyul ayında Pxenyan Asiyanın bu kimi hallarla mübarizə qurumuna müşahidəçi kimi daxil olduğunu bildirib və daha sonra FATF-a qrupun tövsiyələrinin nəzərdən keçirildiyinə dair məktub ünvanlayıb.

1989-cu ildə təsis edilən FATF 34 ölkə, ərazi və 2 regional təşkilat daxil edilməklə, 36 üzvə malikdir.

XS
SM
MD
LG