Accessibility links

Şimali Koreyada şəhər boyda həbsxanalar var [Video]


Şimali Koreya şəhərlər ölçüsündə həbsxanalara malikdir
please wait

No media source currently available

0:00 0:02:37 0:00
Amnesty İnternational bildirir ki, həbsxana düşərgəsi “16” ən böyük həbsxanadır. 560 kv/km-lik sahəyə malik olan bu məhbəs Vaşiqnton şəhərindən 3 dəfə böyükdür. Burada 20 min məhbusun saxlandığına inanılır.
Sabiq məhbus:“Bu cəzaçəkmə müəssisələrinin məqsədi sağ ikən məhbusların alçaldılması, əzilməsi məqsədi daşıyır.”

İfadələrdən insan haqlarının pozulmasına dair dəhşətli bir səhnə yaranır. Bu, Amnesty İnternational-ın Şərqi Asiya üzrə tədqiqatçısı Raciv Narayanın gəldiyi qənaətdir. “Onlar kütləvi qətllərin şahidi olub. Biz işgəncənin geniş yayıldığını bilirik. Onlar acından ölən insanları görüb. Orada insanlar sübh cağından qaranlıq düşənədək işləyir. Bizdə zorlamalara dair məlumat var. Qadınlar zorlanır, yoxa çıxır.”

Amnesty İnternational-ın bildirdiyinə görə, düşərgə “15” həbsxanasında 15 min məhbus saxlanılır.

9 illik həbsdən xilas olan Kim Yanq Sun kütləvi qətillərin şahidi olub.“Məhbuslar əvvəlcə ölümcül haladək döyülür. Sonra əlləri və ayaqları ilə dirəyə sarıb, gözlərini bağlayırlar. Daha sonra “inqilab naminə düşməni güllələ” sözləri ilə atəş göstərişi verilir. “

Şimali Koreyada 100 min dustaq saxlanılan bu kimi 4 həbs düşərgəsi var.
Amnesty İnternational BMT-nin aradırma komissiyası ilə əldə etdiyi dəlilləri bölüşüb. Komissiyanın sədri Maykl Kirbay
“Bu komissiyanın təsisi İnsan Haqları Şurasında yekdilliklə qəbul edilmişdi.

Səsverməyə ehtiyac qalmamamışdı. Bu isə beynəlxaq ictimaiyyətin nə dərəcədə narahat olduğunu göstərir. Ümid edirik ki, növbəti addımlar da atılacaq.”
Aradırma komissiyasının hesabatı mart ayında Cenevrədə yerləşən İnsan Haqları Şurasına təqdim ediləcək.

Şimali Koreya isə bunu düşmənçilik kimi qiymətləndirərək, insan haqları pozuntularına dair ittihamlara münasibət bildirməyib.
XS
SM
MD
LG