Accessibility links

Cənubi Koreya şirkətləri sanskiyaları pozaraq, Şimali Koreyadan kömür idxal edib


Seulun Cənubi Koreya şirkətlərinin Şimali Koreya kömürünün qeyri-qanuni idxalı haqqında elanı ABŞ ekspertlərinin Şimali Koreyanın beynəlxalq sanksiyaları pozduğu haqqında narahatlıqlarına səbəb olub.

Koreya Gömrük Xidməti bu ayın əvvəli bildirib ki, üç Cənubi Koreya şirkəti qeyri-qanuni şəkildə Şimali Koreya kömürünü idxal edib. Həmin məhsul BMT-nin qətnaməsinə zidd olaraq Rusiya limanları vasitəsilə daşınıb.

Cənubi Koreya hökuməti həmin şirkətləri qanunsuz məhsul idxalı və gömrük sənədlərinin saxtalaşdırılmasında ittiham edir.

Çərşənbə axşamı ABŞ Maliyyə Nazirliyi Rusiyanın iki vətəndaşı, üç şirkəti və altı gəmisinə qarşı sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG