Accessibility links

Cənubi Koreya ilə Şimali Koreya rəsmilərinin yüksək səviyyədə görüşü gözlənilir


Cənubi Koreya Şimali Koreya ilə Koreya müharibəsi nəticəsində biri-birindən ayrı düşmüş ailələrin biri-birinə qovuşması istiqamətində yüksək səviyyədə görüş keçirmək üçün danışıqlar aparacağını bildirib. Bu barədəCənubi Koreyanın Yunifikasiya nazirliyinin sözçüsü Kim Eui-do məlumat verib.

Nazirliyin nümayəndəsi bildirib ki, görüşün gündəilyi hələ müəyyən edilməsə də, tərəflərin ailə üzvlərinin biri-birinə qovuşma prosesinin problemsiz keçməsi də daxil olmaqla, Koreyadaxili məsələləri müzakirə edəcəyi gözlənilir.


Şimali və Cənubi Koreyalar ötən həftə yunifikasiya prosesinin davam etdirilməsinə dair razılığa gəlib. Sonuncu dəfə yunifikasiyaya dair görüş 2010-cu ildə keçirilib.

Cənubi Koreya prosesin fevral ayının 20-25-də keçirilməsinin nəzərdə tutulduğunu, amma Şimali Koreyanın əvvəllər də olduğu kimi son anda fikrini dəyişə bilməsilə narahatlığın mövcud olduğunu bildirib.
XS
SM
MD
LG