Accessibility links

Rusiya: Şimali Koreyanın nüvə ambisiyaları ciddi təhlükə yaradır


Rusiya Şimali Koreyanın nüvə ambisiyalarının ciddi təhlükə yaratdığını bildirir.

Rusiyanın müdafiə nazirinin müavini Aleksandr Fomin bildirib ki, bu yalnız ballistik raketlərin təhlükəsi deyil, bu, real bir funksiyadır. O, Şimali Koreyanın Rusiyaya ciddi hədə olduğunu vurğulayıb.

Fomin Sinqapurda keçirilən təhlükəsizlik konfransında bildirib ki, bizi regionda artmaqda olan gərginlik narahat edir.

seçim mümkün qədər uzunmüddətli diplomatik alət olmalıdır

Seçim mümkün qədər uzunmüddətli diplomatik alət olmalıdır

Konfransda ABŞ-ın müdafiə naziri Cim Mattis də daxil olmaqla, 39 ölkənin madafiə nazirləri və ekspertləri iştirak edir.

Şimali Koreya ilə sərhədlərini bölüşən Rusiyanı suları yaxınlığında raketlərin düşməsi narahat edir. Lakin ABŞ və onun müttəfiqlərindən fərqli olaraq Rusiya Şimali Koreyaya qarşı diplimatik alətlərdən istifadə edilməsinin tərəfdarıdır.

Rusiyanın BMT-dəki səfirinin müavini Vladimir Safronov bildirib ki, seçim mümkün qədər uzunmüddətli diplomatik alət olmalıdır.



Fomin də bunabənzər bəyanat verib.

"İqtisadi məhdudiyyətlər Şimali Koreyanın iqtisadiyyatını zəiflətməsi deyil, onu mübahisələr və münaqişələrin həllinə sövq etməlidir" - deyə, Fomin bildirib.

Cənubi Çin dənizində adalarla bağlı mübahisəyə gəlincə Fomin bir qədər ehtiyatlı davranıb. O deyib ki, bu mübahisə gücdən istifadə edilmədən həll edilməlidir.

Rusiyanın yaxın müttəfiqi olan Çin Cənubi Çin dənizində adaların ona məxsus olduğunu iddia edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG