Accessibility links

BMT-nin Təhlükəsizlik Şurasında Şimali Koreyaya qarşı iqtisadi sanksiyalar səsə qoyulur


BMT-nin Təhlükəsizlik Şurasında Şimali Koreyaya qarşı iqtisadi sanksiyaların yeni raundu ilə bağlı səsvermə keçirilməlidir.

Şimali Koreya ABŞ-ın götürəcəyi ölçülər və ya yeni sanksiyaların tətbiqinə güclü cavab verəcəyi ilə hədələyərək, Vaşinqtonu müharibə istəməkdə günahlandırıb.

Pxenyan ötən həftə Rusiyanın Uzaq Şərqində keçirilən iqtisadi foruma nümayəndə heyəti ilə bəyanat ünvanlayıb.

Daha əvvəl ABŞ BMT-nin Təhlükəsizlik Şurasında Şimali Koreyanın neft idxalına embarqo qoyulması və tekstil idxalının yasaqlanması, habelə əməkçilərin xaricdə işə qəbulunun qadağan edilməsi təklifi ilə çıxış edib. Təklifdə ölkə lideri Kim Jonq Unun hesablarının dondurulması ilə yanaşı, onun səyahət etməsinin yasaqlanması da irəli sürülüb.

Rusiya və Çin prezidentiləri isə sanksiyaların sərtləşdirilməsinin Koreya yarımadasında gərginliyin azaldılmasına yardımçı olmayacağını deyir.

ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya qarşı hərbi tədbirlərin görülməsinin ABŞ-ın ilk seçimi olmadığını deyərək, əlavə edib ki, “nə baş verəcəyini görəcəyik.”

Çərşənbə günü Çin prezidenti Şi Tsinpinlə keçirdiyi telefon danışıqlarından sonra Tramp Ağ Evdə müxbirlərlərlə görüşüb.

Tramp Amerikanın Səsinə bildirib ki, prezident Şi Şimali Koreya ilə bağlı nəsə etmək istəyir, amma onun nəsə etmək gücündə olub-olmadığı aydın deyil.

ABŞ prezidenti bildirib ki, onun prezident Şi ilə çox səmimi söhbəti olub və o, ikisinin tezliklə yenidən danışacağına ümid edir.

Bu arada, Rusiya prezidenti Vladimir Putin danışıqlara geri dönməyi təklif edir və sanksiyaların həll yolu olmadığı deyir.

Çin də hesab edir ki, Pxenyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsi Koreya yarımadasındakı gərginliyi azaltmaqda faydalı olmayacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG