Accessibility links

Şimali Koreyada daha bir ABŞ vətəndaşı nəzarət altına alınıb


Şimali Koreyada daha bir ABŞ vətəndaşı nəzarət altına alınıb. Koreya mənşəli amerikalı cümə günü Pxenyanın hava limanında saxlanıb.

İsveçin Pxenyandakı səfirliyi amerikalı şəxsin nəzarət altına alındığından xəbərdar olduğunu bildirib, lakin bunun təsdiqinin mümkün olmadığını deyib. Səfirlik iki ölkə arasında diplimatik əlaqələr olmadığına görə, ABŞ-ın konsulluğunu təmsil edir.

Soy adı Kim olan həmin şəxs 50 yaşlarındadır. O, Şimali Koreyaya yardım proqramları ilə məşğul olur. Kim Çinin Yanbian Universitetinin sabiq professorudur. Onun həbsinin səbəbləri bəlli deyil.

Beləliklə Şimali Koreyada həbs edilən amerikalıların sayı 3-ə çatır.

Digər iki amerikalı hələ də həbsdədir. Ötən il 21 yaşlı Sinsinnati universitetinin tələbəsi 15 il müddətinə azadlıqdan məhrum edilib. Təbliğat plakatını oğurladığını etiraf edən Otto Uarbier adlı tələbə ağır əmək düşərgəsinə göndərilib.

Kim Donq Çul adlı digər şəxs 10 illik həbs cəzasını çəkməkdədir. O, casusluqda ittiham edilib.

XS
SM
MD
LG