Accessibility links

Qərb Şimali Koreyada insan haqlarının pozulması ilə bağlı müzakirələrin bərpasına çağırıb


Qərb qüvvələri BMT Təhlükəsizlik Şurasını dünyada ən dəhşətli vəhşiliklər törətməkdə təqsirləndirilən Şimali Koreyada insan haqlarının pozulması ilə bağlı müzakirələri yeniləməyə çağırıb.

Vaşinqtonun BMT-ki sözçüsü Haqar Çemali tərəfindən verilən bəyanata görə ABŞ və onun səkkiz müttəfiqi müzakirələrin keçirilməsi üçün müraciət edib.

Çemali əlavə edərək bildirib ki, ABŞ görüş gününü təyin etmək üçün cəld tədbir görəcək. Lakin o, konkret vaxt barədə məlumat verməyib.

Təhlükəsizlik Şurasının daimi üzvləri Çin və Rusiyanın etirazlarına baxmayaraq, ötən il Şimali Koreyada insan haqlarının pozulması məsələsini gündəliyə əlavə edib.

Şimali Koreya insan haqlarının pozulması hallarını inkar edir və Təhlükəsizlik Şurasının fəaliyyətini kobud xarici müdaxilə adlandırır. Pxenyan şuranın son çağırışlarına cavab verməyib.

XS
SM
MD
LG