Accessibility links

Koreyalılar Yaponiyaya etiraz edir


Yüzlərlə cənubi koreyalı etirazçı Seuldakı Yaponiya səfirliyi qarşısında aksiya keçiriblər. Onlar Yaponiyanı mübahisəli adalara torpaq iddiasından əl çəkməyə çağırıblar.

Fəallar yumruqlarını düyünləmiş və anti-Yaponiya şüarları səsləndirmişlər. Mübahisə yaponların Takeşima, koreyalıların Dokdo adlandırdıqları adalar üzərində cərəyan edir.

Adalar İkinci Dünya Müharibəsinin ardınca Yaponiyanın Koreya üzərində hökmranlığı bitəndən bəri Cənubi Koreyanın nəzarəti altındadır.

Bu ayın əvvəlində prezident Li Myunq-bakın adalara səfəri iki ölkə arasında münasibətləri gərginləşdirib.
XS
SM
MD
LG