Accessibility links

Körfəz ölkələrində vəziyyət dəyişməz qalır


ABŞ dövlət katibinin körfəz ölkələrinə müraciəti diqqətsiz qalıb.

ABŞ dövlət katibi Reks Tillerson bazar günü deyib ki, Dohanın Səudiyyə Ərəbistanı və üç başqa müttəfiq ölkə tərəfindən Qətərə qarşı irəli sürdüyü tələbləri yerinə yetirməsi “olduqca çətindir”. Lakin Tillerson Körfəz regionunda diplomatik qarşıdurmaya son qoymaq üçün ölkələri dialoqa çağırıb.

Tillerson Qətərin tələblərin məntiqsiz və ölkənin suverenliyinə müdaxilə olduğunu deyərək, onları rədd etməsindən bir gün sonra açıqladığı bəyanatında bildirib ki, “məsələnin həll olunmasına gətirib çıxaracaq dialoq üçün əsasları təmin edən bir sıra mühüm sahələr var”.

ABŞ dövlət katibi Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının Doha ilə razılaşma əldə etməsi üçün hansı məsələləri nəzərdə tutduğu haqda bir söz deməyib.

Səudiyyə Ərəbistanı başda olmaqla, dörd ərəb ölkəsi Qətərin boykotuna son qoymaqdan ötrü tələblər siyahısı irəli sürüb. Onlar Dohadan tələb edir ki, «Al-Jazeera» televiziya şəbəkəsini bağlasın və İranla əlaqələrini kəssin.

Tələbləri Qətərə Küveyt çatdırıb.

İyunun 5-də Səudiyyə Ərəbistanı yarımada dövləti olan Qətərin yeganə quru sərhədini bağlayıb. Ölkə ərzağı məhz bu sərhəddən idxal edirdi. Nəticədə Qətər əhalisi panikaya düşərək qabaqcadan çoxlu ərzaq almaq üçün supermarketlərə üz tutub.

İran su yolu ilə Qətərə yardım çatdırır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG