Yəməndə siyasi böhrana son qoymaq məqsədi ilə Körfəz ölkələri tərəfindən ilə irəli sürülən təkliflər ölkəninuzun müddətdir hakimiyyətdə olan prezidentini istefaya çağıracaq.
Altı dövlətin daxil olduğu Körfəz Əməkdaşlıq Şurasına yaxın mənbələr deyir ki, plana görə prezident Əli Abdulla Saleh səlahiyyətlərini qəbilə və siyasi liderlərdən təşkil olunacaq müvəqqəti şuraya verməlidir. İstefası ilə bağlı genişlənən çağırışlarla üzləşən cənab Saleh Körfəz Şurasının müxalifət nümayəndələri ilə danışıqlar təklifini qəbul edib. Səudiyyə Ərəbistanında keçiriləcək görüşün vaxtı hələlik müəyyən edilməyib.