Accessibility links

Kori Uelt: Beynəlxalq ictimaiyyət münaqişənin həllində daha aktiv olmalıdır


Kori Uelt, Elliott Beynəlxalq Münasibətlər Məktəbi
Kori Uelt, Elliott Beynəlxalq Münasibətlər Məktəbi

Corc Vaşinqton Universiteti nəzdində Elliott Beynəlxalq Münasibətlər Məktəbinin Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutunun direktoru Kori Uelt Amerikanın Səsinə müsahibədə Dağlıq Qarabağ ətafında gərginliklərin artmasını şərh edib. Onun fikrincə hazırkı situasiyada beynəlxalq ictimaiyyətin aktiv müdaxiləsinə ehtiyac var. Belə ki, Azərbaycan və Ermənistan arasında tam-miqyaslı müharibə riski realdır. Müsahibənin tam mətnini təqdim edirik.

Amerikanın Səsi: Sizcə bu həftəsonu Azərbaycan və Ermənistan qüvvələri arasında hərbi əməliyyatların intensivləşməsinə səbəb nədir?

İndi əsas məsələ xarici qüvvələrin bu məsələyə necə reaksiya verəcəyi və gərginliyi azaltmaq üçün nələr edəcəyidir.

Kori Uelt: Atəşkəs əldə olunandan bəri bu, iki ölkə müharibəyə ən yaxın olan vəziyyətdədir. Cəbhədə gərginliyin qəsdən və ya təsadüfən artdığını demək isə çətindir. Amma məsələn, keçmişdə də gərginliyin artması Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini gündəmdə saxlamaq və tam-miqyaslı hərbi həll olmadan status-kvoda dəyişiklik etmək cəhdi kimi qiymətləndirilib.

Ancaq indi əsas məsələ xarici qüvvələrin bu məsələyə necə reaksiya verəcəyi və gərginliyi azaltmaq üçün nələr edəcəyidir.

Amerikanın Səsi: Hələ ki, beynəlxalq oyunçular son vəziyyətlə bağlı çox danışmayıb. ATƏT bəyanatla çıxış edib, Rusiya prezidenti Valdimir Putin hərbi əməliyyatların dayandırılmasına çağırıb. Bəs sizcə bu məsələdə Vaşinqtonun mövqeyi nədir?

Kori Uelt: Aydındır ki, onlar münaqişənin sülh yolu ilə həll olunmasını istəyir. Onlar bu münaqişənin hərbi həllinin olmadığına inandıqlarını açıq şəkildə dilə gətiriblər.

Ümid edirəm ki, Obama administrasiyası Ermənistan, Azərbaycan və Suriyada olduğu kimi Birləşmiş Ştatlarla Rusiyanın fikri ayrılıqlarına baxmayaraq Moskva ilə də danışıqlar aparacaq, çünki bu cür münaqişələrdə Amerika və Rusiya ortaq mövqedən çıxış edib, gərginliyin daha da artmasının qarşısını almalıdır.

Bu son hadisədə fərqli bir məsələ də Azərbaycanın işğal olunmuş ərazilərdə bəzi strateji nöqtələri geri aldığını iddia etməsidir. Çünki əgər həqiqətdirsə, bu, münaqişənin kontekstində böyük dəyişikliyin baş verməsi deməkdir və bu, Azərbaycanı hücuma keçməyə, Ermənistanı isə cavab verərək gərginliyin daha da artmasına səbəb ola bilər.

Gərginliyin artmasına səbəb bu da ola bilər ki, rəsmi Bakı keçmişdə də bir neçə dəfə qeyd edib ki, Azərbaycan danışıqlar prosesində bəzi dəyişiklər etmək üçün ərazilərin azı bir hissəsini geri almağa çalışacaq. İndi isə ümid etməliyik, onlar belə etməklə dünyanın diqqətini cəlb edə biləcək və çalışacaqlar ki, münaqişə daha aktiv siyasi yolla həll olunsun.

Amerikanın Səsi: Sizcə beynəlxalq oyunçular hazırda hər hansı bir dəyişiklik edə bilmək üçün Azərbayan ya da Ermənistan üzərində kifayət qədər təsir imkanlarına sahibdirmi?

Azərbaycan və Ermənistan üzərində ən böyük təsir gücünə isə Rusiya sahibdir, çünki Rusiya Ermənistanın təhlükəsizliyinin təminatçısıdır. Əgər istəsə, Moskva Azərbaycanı cavab tədbiri görməklə təhdid edə bilər, ancaq hələ ki, bunu etmək istəmir.

Kori Uelt: Aydındır ki, onlar təsir gücünə sahibdirlər, amma bunun kifayət olub-olmadığı sual altındadır. Azərbaycan və Ermənistan üzərində ən böyük təsir gücünə isə Rusiya sahibdir, çünki Rusiya Ermənistanın təhlükəsizliyinin təminatçısıdır. Əgər istəsə, Moskva Azərbaycanı cavab tədbiri görməklə təhdid edə bilər, ancaq hələ ki, bunu etmək istəmir.

Bundan əlavə isə, Bakı münaqişəyə hərbi həll yolunu seçsə, Rusiya və ya Birləşmiş Ştatların Bakıya qarşı nə cür təzyiq göstərə biləcəyini deyə bilmək çətin olacaq. Lakin Bakının beynəlxalq ictimaiyyətin dəstəyini almayacağı dəqiqdir. Onlar hətta buna mənfi reaksiyanın gələcəyindən də əmin ola bilərlər.

Amerikanın Səsi: Bu son hadisələrin tammiqyaslı müharibəyə dönüş ehtimalı nə dərəcədə yüksəkdir?

Kori Uelt: Bir tərəfdən biz gərginliyin artmasına artıq öyrəşmişik. Bəzi zamanlarda gərginlik az dərəcədə artıb, bəzilərində isə hətta müharibə astanasında olub. Amma bu dəfə gərginlik, istifadə olunan silahlar, verilmiş itkilər baxımından bir az fərqlidir. Hətta elə bir vəziyyət yarana bilər ki, hər hansı bir tərəf artıq növbəti addıma keçmək istəyə bilər. Bu isə çox real bir riskdir. İstəyib-istəmədiklərindən aslılı olmayaraq onlar müharibəyə başlaya bilərlər, çünki vəziyyətdən yeganə çıxış yolu da elə müharibə ola bilər.

Amerikanın Səsi: Qərb Ukrayna və Gürcüstana dəstəyində möhkəm mövqe sərgiləyib. Sizcə Azərbaycan da Qərbdən eyni dərəcədə dəstək gözləyə bilərmi?

Kori Uelt: Qərb Dağlıq Qarabaq münaqişəsini Gürcüstan və əbəttə ki Ukrayna münaqişələrindən fərqli görür. Səbəb isə odur ki, Ukrayna münaqişəsi çox gec baş verdi. Qarabağ münaqişəsi isə artıq 25 ildir davam edir və Qərb tərəfindən Azərbaycan və Ermənistan arasında ikitərəfli münaqişə kimi qəbul edilib. Qərb Azərbaycanın ərazi bütövlüyünü tanıyır, ancaq onlar münaqişənin danışıq yolu ilə həll olunmasını tərcih edir. Qərb Azərbaycanın Dağlıq Qarabağı əldən vermək ehtimalını da irəli sürür. Eyni zamanda isə Ermənistanın Qarabağ ətrafındakı əraziləri geri qaytarması barədə də sərt mövqeyə sahibdir.

Ancaq yenə də Qərbin Gürcüstanın Abxaziya və Cənubi Ossetiya üzərindəki nəzarətinə olan haqqına dəstəyi ilə müqayisədə Qarabağ məsələsində fikirləri hər zaman daha fərqli, balanslı və neytral olub.

Amerikanın Səsi: Əlavə etmək istədiyiniz bir şey varmı?

Hazırkı sistemin qeyri-sabit olduğu aydındır. Dəyişiklik olmadan isə gələn həftə, ay, və ya illərdə həqiqətən də tam-miqyaslı müharibə başlaya bilər.

Kori Uelt: Vaşinqton, Moskva və Brüssel gərginliyi azaltmaq üçün daha aktiv səy göstərməlidir. Amma onlar illər boyu etdikləri kimi eyni şeyləri təkrarlaya bilməzlər. Çünki hər dəfə gərginlik artanda onlar sadəcə hərbi əməliyyatların dayandırlmasına çağırır və sonra vəziyyət eyni yerə qayıdır. Bu hətta Əliyevin ktatus-kvoya dəyişiklik etmək üçün beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək cəhdi olsa belə, biz bu münaqişəsnin həlli üçün fərqli bir çıxış yolu tapmalıyıq. Hazırkı sistemin qeyri-sabit olduğu aydındır. Dəyişiklik olmadan isə gələn həftə, ay, və ya illərdə həqiqətən də tam-miqyaslı müharibə başlaya bilər

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG