Accessibility links

"Koronavirusun yayılmasının qarşısının alınmasında maskaların yardımı sübut edilməyib"


Birləşmiş Ştatların baş cərrahının ölümcül koronavirusun qarşısını almaq üçün maska taxmağa meylli amerikalılar üçün mesajı var.

"Amerika vətəndaşları üçün maskaların qorunma riski aşağı olaraq qalır. İnsanların təhlükəsiz qalmaları üçün edə biləcəyi şeylər var, etməsi lazım olan şeylər var, etməməsi lazım olan şeylər də var ki, bu da maska almamaqdır" - deyə, "Fox & Friends" televiziya şousunda çıxış edən cərrah Ceromi Adams bildirib.

"Əslində bu, kömək etmir. Koronavirusun geniş ictimaiyyət arasında yayılmasının qarşısının alınmasında maskaların yardım etdiyi sübut edilməyib. Əslində maska almağa meylli insanlar onlarıdan düzgün istifadə etməyi də bilmir" - deyə, o əlavə edib.

"Bir tibb işçisi olaraq mən onları sınaqdan keçirməliyəm. Maskaları düzgün taxmağı bilməyən insanlar üzlərinə toxunur və bu, əslində koronavirusun yayılmasını artıra bilər" deyib doktor Adams.

Baş cərrah, Birləşmiş Ştatlar hökumətinin məşhur həkimi "Amerikalılar nəzarəti itirdikdə qorxuya düşürlər” , Birləşmiş Ştatlar hökumətinin məşhur həkimi, baş cərrah Adams.

"İstəyirəm ki, amerikalılar təhlükəsiz qalmaq üçün edə biləcəyi şeyləri etsinlər. Əllərinizi 15-20 saniyə ərzində tez-tez yuyun. Asqırdıqda və öskürdükdə ağzınızı əlinizlə bağlayın. Xəstə olduğunuzda evdə qalın və ya insanlardan uzaq durun. Bütün bunlar koronavirusa yoluxmamağın vacib yollarıdır" - deyə, o bildirib.

Doktor Adams qrip mövsümü zamanı ABŞ-da hər il 18 min insanın öldüyünü qeyd edib və deyib ki, bu günə qədər ABŞ-da koronavirus səbəbindən cəmi iki nəfər ölüb.

"Mən inanıran ki, təkcə ölkəmizdə deyil, bütün dünyada insanlar koronavirusdan çox qripdən öləcək”, deyib Adams.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG