Accessibility links

BMT: Pandemya beynəlxalq səyahətlərin 65% azalmasına səbəb olub


BMT-nin Dünya Turizm Barometrinin (UNWTO) yeni hesabatında koronavirus pandemiyasının ilin birinci yarısında beynəlxalq səyahətlərin 65 faiz azalmasına səbəb olduğu bildirilib.

Dünya Turizm Barometrinin bildirdiyinə görə, bu il yanvar-iyun ayları arasındakı beynəlxalq səyahətlərdəki kəskin azalma səbəbindən turizmin gətirdiyi 460 milyard dollarlıq gəlir itirilib.

Bu, 2009-cu ildəki qlobal maliyyə böhranı fonunda beynəlxalq turizmin itirdiyindən beş dəfə çoxdur.

BMT-nin açıqlamasında deyilib ki, turizmin 2019-cu ildəki səviyyəyə qayıtması üçün iki illə dörd il arasında vaxt tələb oluna bilər.

Hesabatda COVID-19 təsirinə ilk olaraq Asiya və Sakit okean bölgələrini məruz qoyduğu və ümumilikdə bu bölgələrdə altı ay ərzində turizmin 72 faiz azalmasına səbəb olduğu deyilir.

2020-ci ilin birinci yarısında turistlərin 66 faiz azalması ilə Avropa dünyanın ən çox zərər şəkən ikinci regionu olub. Amerika, Afrika və Yaxın Şərq regionlarında da xeyli azalma müşahidə olunub.

Hesabatda sentyabr ayının əvvəlindən etibarən beynəlxalq istiqamətlərdə səyahətlərə məhdudiyyətlərin 53 faiz azaldığı göstərilib. Lakin Dünya Turizm Barometri mövcud tendensiyalara əsaslanaraq, 2020-ci ilin sonuna qədər beynəlxalq turizmdə ümumi olaraq 70 faiz azalma olacağını təxmin edir. Bu rəqəmin arta biləcəyi də deyilir, belə ki, bəzi istiqamətlərə beynəlxalq səyahət məhdudiyyətləri bərpa edilməyə başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG