ABŞ vətəndaşları öz icmalarında koronavirusu gözləməlidirlər. Bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi xəbərdarlıq yayıb.
Sözügedən qurumun peyvənd mütəxəssisi doktor Nensi Messonnier:
"Bu ölkədə belə halın baş verməsi əsas deyil, əsas məsələ nə zaman baş verəcəyidir”.
O, amerikalıları gündəlik həyatda virusun mühim təsirlərinə hazır olmağa çağırsa da, virusun ABŞ-da yayılmasının nə qədər şiddətli olacağını təxmin edə bilməyib.
Prezident Donald Tramp isə ABŞ-da virusun "yaxşı vəziyyətdə" olduğunu deyib.
"Biz Amerika ictimaiyyətindən bunun pis ola biləcəyi gözləntilərinə hazırlaşmağı xahiş edirik" - deyə, Messonnier xəbərdarlıq edib.
Ümumdünya Səhiyyə Təşkilatının yüksək səviyyəli bir rəsmisi də xəbərdarlıq mesajl göndərib. O, dünya ölkələrinin koronavirus xəstəliyinə hazırlaşmağı düşünmələri və virusun gəldiyi zaman sürətli reaksiya planlarına hazır olmaları lazım olduğunu bildirib.
Çin səhiyyə rəsmiləri 71 yeni ölüm və 508 yeni yoluxma halının qeydə alındığını təsdiqləyib. Beləliklə, iki ay əvvəl virusun başladığı ölkədə 6700 insanın öldüyü və 77,500 insanın yoluxduğu bildirilir.
Çindən kənarda ən ağır vəziyyət Cənubi Koreyadadır - 10 nəfər ölüb, təxminən 1000 nəfərdə isə yoluxma halı təsdiqlənib .
İranda 15 ölümlə nəticələnən 95 virusa yoluxma hadisəsinin olduğu açıqlanıb.
Birləşmiş Ərəb Əmirlikləri dövlət xəbər agentliyi vasitəsi ilə virusun yayılmasına cavab olaraq İrana və əks istiqamətdə bütün reyslərə qadağa qoyulduğunu elan edib.
İraq, Əfqanıstan, Küveyt, Bəhreyn və Oman da daxil olmaqla, hər bir ölkədə İranla əlaqəsi olan ilk yoluxma hadisələrı haqqında məlumatlar gəlir.
İtaliyada 200-dən çox yoluxma hadisəsi və ən azı 12 ölüm halı qeydə alınıb. Hökumət Karnaval paradlarını ləğv edib və böyük futbol matçlarını təxirə salmalı olub.
Fransada Fransa vətəndaşının epidemiya nəticəsində ilk ölüm hadisəsi qeydə alınıb. Avropada sürətlə yayılan epidemiya İspaniyada son 24 saat ərzində 8 yeni yoluxma halı ilə nəticlənib. Bununla yanaşı, Fransa, Xorvatiya, Avstriya və İsveçrədə də yeni infeksiya yoluxmaları olduğunu bildirilib.