Accessibility links

Azərbaycanda koronavirus infeksiyasına 128 yeni yoluxma faktı qeydə alınıb


Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 128 yeni yoluxma faktı qeydə alınıb, 132 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumati sentyabrın 27-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib:

“Hazırkı dövrədək ölkəmizdə 40 min 23 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 37 min 655 nəfər müalicə olunaraq sağalıb, 586 nəfər vəfat edib. Aktiv xəstə sayı 1782 nəfərdir” Qərargahdan açıqlamaya görə, ölkədə son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6858, hazırkı dövrədək isə ümumilikdə 1 milyon 102 min 401 test aparılıb.

Rəsmi açıqlamalara görə, bundan başqa, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 33 milyon 94 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 999 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG