Accessibility links

Azərbaycanda koronavirusa 322 yeni yoluxma faktı qeydə alınıb


Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 322 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxnlardan 845 nəfər sağalıb.

Bu məlumatı bu gün, yanvarın 17-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 227273 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 215263 nəfər sağalıb, 3009 nəfər vəfat edib, aktiv xəstə sayı 8996 nəfərdir”

Qurumdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 6 776, ötən müddət ərzində isə ümumilikdə 2 318 193 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG