Accessibility links

Yaponiya gəmisində 3700 nəfər iki həftəlik karantinə alınıb


Fevralın 5-də səhiyyə işçiləri gəmidə 10 nəfərin koronavirus testlərinin müsbət çıxdığını və daha çox yoluxma halının mümkünlüyünü təsdiqlədikdən sonra təxminən 3700 nəfər Yaponiyadan kənarda yerləşən kruiz gəmisində ən azı iki həftəlik təcrid olunub.

Yoluxmuş xəstələr Yaponiyanın sahil mühafizəçisi tərəfindən xəstəxanalara köçürülərkən, Carnival Corp gəmisində qalan sərnişinlər və ekipaj üzvləri karantinə alınıb və müayinələrdən keçirilib. 273 nəfərdən 10-da yoluxma halı qeydə alınıb.

14 günlük gəzintidən sonra bazar ertəsi günü Yokohamaya gələn Carnival-ın Almaz Şahzadəsindəki sərnişinlər daha iki həftə Tokio yaxınlığındakı Yokohama limanındakı gəmidə keçirəcəklər.

Vəziyyətlərini göstərmək üçün onlar sosial mediada çəkdikləri şəkilləri paylaşıblar. Vəzifəli şəxslərin sağlamlıq müayinəsi, otaq xidməti yeməkləri, boş dəhlizlər, göyərtədən maskalarda və xalatlarda keçənlərin fotoşəkilləri yerləşdirilib.

İngilis sərnişin Deyvid Abel gəmidəkilərin otaqlara yerləşdirildiklərini və işçilərin səhər yeməyini otaqdan-otağa çatdırıldığını bildirib.

"Mənim üçün vəziyyət çətindir, çünki insulinə bağlı diabet xəstəsiyəm" deyən Abel otaqda çəkilmiş və Facebook səhifəsində yayımlanan bir videoda müntəzəm və vaxtlı-vaxtında qida qəbulunun onun vəziyyətinin idarə olunmasının əsas hissəsi olduğunu qeyd edib.

"Yemək seçimimiz yoxdur. Bu yaxınlarda bəyan ediblər ki, onlar aşağı göyərtədən başlayırlar və iş gedir - mən isə doqquzuncu göyərtədəyəm" - deyə, Deyvid mövcud durumu dəyərləndirib.

Altı ailə üzvü olan gəmidəki 43 yaşlı Honq Konq sakini çərşənbə günü günorta yeməyində onlara qəhvə və su verildiyini, ancaq yemək verilmədiyini deyib. Onun sözlərinə görə, onlar ac idi, amma özlərinin qəlyanaltılarını yeyiblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG