Accessibility links

Dünyada koronavirus yoluxmaları artır


Cons Hopkins Koronavirus Resurs Mərkəzi bazar günü bildirib ki, 249,5 milyon qlobal COVID yoluxması və 5 milyondan çox ölüm halı qeydə alınıb. Mərkəz 7,2 milyard COVID peyvəndinin tətbiq edildiyini bildirib.

Kaliforniyanın şimal Orovill şəhərinin bələdiyyə şurası COVID-19 pandemiyası ilə mübarizə üçün nəzərdə tutulmuş maska taxmaq kimi mandatların verilməsində ştat və federal hökumətin həddini aşdığını deyərək, özünü "konstitusiya respublikası" elan etməklə narazılığını ifadə edib.

Hüquq ekspertləri deyir ki, Orovill şəhər şurasının bu addımı Orovilin mandatlardan imtina etməsinə imkan vermir.

Avstraliyanın Yeni Cənubi Uels ştatı tam peyvəndlənib. Bu ştat bazar ertəsi bir sıra COVID məhdudiyyətləri, o cümlədən ev ziyarətçilərinin sayına dair məhdudiyyətləri aradan qaldırır.

Hindistanda səhiyyə mütəxəssisləri cümə axşamı başlayan illik işıq festivalı Divalidən sonra koronavirusa yoluxmasının artacağına hazırlaşır.

Cohns Hopkins Hindistanda 34,4 milyon COVID infeksiyasının olduğunu bildirir, lakin ictimai səhiyyə mütəxəssisləri bu rəqəmindaha yüksək olduğunu deyir.

Təkcə ABŞ-da COVID-19-a 46,5 milyon yoluxma var.

Rusiyada sentyabrın ortalarında başlayan yoluxma hallarının artmasında aşağı peyvəndlənmə nisbəti əsas gətirilir. Ölkənin 146 milyon əhalisinin 40%-dən azı tam peyvənd olunub.

Şənbə günü Ukraynada koronavirusdan rekord sayda ölüm qeydə alınıb. Səhiyyə Nazirliyi ötən 24 saat ərzində 793 nəfərin öldüyünü və oktyabrın 26-da ölkənin əvvəlki ən yüksək göstəricisi olan 734-ü keçdiyini bildirib.

Yunanıstanda əhalinin təxminən 40% -ni təşkil edən peyvənd olunmamış insanlar ölkədə koronavirus infeksiyalarının artması ilə mübarizə apaan hökumətin daha sərt məhdudiyyətləri ilə üzləşir.

Şənbə günü tətbiq edilən məhdudiyyətlər peyvənd olunmamış şəxslərdən banklar, hökumət binaları və mağazalar kimi qapalı ictimai obyektlərə daxil olmaq üçün mənfi test sübutunu göstərməyi tələb edir. Onlar açıq havadakı restoran və kafelərdə yemək üçün də sübut göstərməlidirlər.

XS
SM
MD
LG