Accessibility links

Koronavirus Putinin siyasi planlarına əngəl yaradır


Bahar mövsümü Rusiya prezidenti Vladimir Putinin planlaşdırdığı kimi keçmir.

Aprelin 22-də keçiriləcək ümumxalq səsverməsi onun istədiyi təqdirdə 2036-cı ilə qədər hakimiyyətdə qalmasına imkan yaradacaq konstitusiya islahatlarını yekunlaşdırmalı idi. Lakin Rusiyada koronavirusun yayımasından sonra Moskva və digər böyük şəhərlərdə onu təbliğ edən reklam lövhələrinin qurulmasına baxmayaraq, səsvermə təxirə salınıb.

İndi isə 1945-ci ildə II Dünya Müharibəsi zamanı nasist Almaniyası üzərində qələbənin ildönümü münasibətilə 9 May Qələbə Günü paradının keçirilmədi təhlükə altındadır.

Həmin gün Rusiya təqvimində ən vacib günlərdən biridir. Bu il qələbənin 75 ill tamam olur. Tədbirə Rusiyanın tarixdəki müstəsna rolunu qeyd etmək üçün dünya liderləri dəvət olunub. Hər il bu günü qeyd etmək üçün medallarını qürurla taxan yaşlı veteranlar da daxil olmaqla, Moskvada minlərlə insan toplaşır.

Hərbçilər artıq Moskvadan kənarda Qızıl Meydanda keçiriləcək parada hazırdır və Fransa prezidenti Emmanuel Makron və Hindistanın baş naziri Narendra Modi kimi liderlər tədbirdə iştirak edəcəklərinə söz verib.

Lakin virusun yayılmasının qarşısını almaq üçün Rusiya da daxil olmaqla, dünyanın çox hissəsinin təcrid olduğu bir vaxt belə görünür bu möhtəşəm tədbirin keçirilməsi mümkün olmayacaq.

Kremlin sözçüsü Dmitri Peskov keçən həftə 9 May tədbirinin təxirə salının-salnmaması ilə bağlı hər hansı bir qərarın qəbul edilmədyini, lakin rəsmilərin "variantları" nəzərdən keçirdiklərini deyib. Bu variantlardan biri mərasimin virusa xüsusi həssas qrup olan veteranların iştirakı olmadan keçirilməsi daxildir. Peskov Kremlin xarici liderlərin pandemiya səbəbindən gələ bilmədiyi ilə bağlı qərar verdiyi halda bunu anlayışla qəbul edəcəyini və tədbirin mayın 9-u olmasa belə, başqa bir vaxt keçiriləcəyini əlavə edib.

XS
SM
MD
LG