Accessibility links

Koronavirusun Amerikadakı iki böyük təsisata təsiri


Amerikanın xəstəliklər üzrə ekspertinin bildirdiyinə görə, amerikalılar və avropalılar koronavirusun yayılmasından öncə gördükləri işləri görməməlidir.

"Ölkənizdə yoluxma halının olub-olmamasından asılı olmayaraq, indi nə etməli və infeksiya yayıldıqda nə etməli olduğunuzu düşünməlisiniz" - deyə, Allergiya və İnfeksion Xəstəliklər üzrə Milli İnstitutun direktoru Antoni Fauçi bildirib.

Fauçi xokkey oyunçusu Ueyn Qretskini metafora kimi göstərərək deyib ki, o, şaybanın ardınca getmir, şayba harada olacaqsa, oraya gedir.

Antoni Fauçi
Antoni Fauçi

"Biz infeksiyaların olduğu və gedəcəyi yerlərdə olmalıyıq" , Fauçi əlavə edib.

O deyib ki, koronavirusun Asiyada azalması, Amerika və Avropada artması təəccüblü deyil. Bu, infeksiyaların tarixini göstərir.

ABŞ-da virusa yoluxma halları sürətlə artaraq bir gün ərzində 975-ə çatıb. Bu, 400 yeni yoluxma deməkdir. İndiyədən 30 nəfər həyatını itirib.

Koronavirus Amerikadakı iki böyük təsisatının baş qərargahlarına təsir göstərib.

BMT qapılarını ictimaiyyətə bağlayıb. Belə ki, baş qərargahı Nyu-Yorkda yerləşən BMT-ni hər il milyonlarla turist ziyarət edir.

Vaşinqtonda isə Dünya Bankı və Beynəlxalq Vaıyuta Fondu gələn ay keçiriləcək illik sammitlərinin "virtual format"da olacağını bəyan edib.

Ötən il Ağ Evdən bir neçə kvartallıq məsafədə yerləşən Dünya Bankının sammitinə 10 minə yaxın insan toplaşmışdı.

Bank son iki həftə ərzində İran, Çin və ya İtaliya kimi ölkələrə səfər edənlərin, soyuqdəymə, qızdırma və qrip simptomları olanların da baş qərargahlarına girişini qadağan edib.

ABŞ Təhlükəsizlik və Mübadilə Komissiyası bir işçisinin virusa yoluxmasından sonra bütün işçilərinin evdən işləməsinə göstəriş verən ilk federal idarə olub.

Şərhlərə bax

XS
SM
MD
LG