Accessibility links

Koronavirus: Yaponiyada ilk ölüm halı, təxirə salınan idman tədbirləri


Yaponiyanın Səhiyyə Nazirliyi yeni virusa yoluxmuş bir qadının ölkənin ilk təsdiqlənmiş ölüm hadisəsi kimi qeydə alındığını bildirib.

Səhiyyə naziri Katsunobu Kato ölənin simptomlarının artmasından sonra fevralın əvvəlindən Tokio yaxınlığındakı bir xəstəxanada müalicə alan 80 yaşlarında bir qadın olduğunu açıqlayıb. Ölümündən sonra infeksiya təsdiqlənib.

Yaponiya 218-i Tokio yaxınlığındakı Yokohama limanında karantin altına alınmış bir kruiz gəmisində olmaqla, ümumilikdə 247 yoluxma halının olduğunu təsdiqləyib.

Çinin mərkəzi Hubei əyalətinin səlahiyyətliləri isə dekabr ayından bəri 1300-dən çox insanın ölümünə səbəb olan yeni koronavirusun yayılması nəticəsində daha 254 insanın öldüyünü bildirib.

Yeni ölüm sayının açıqlanması Çinin çərşənbə günü ard-arda ikinci gün üçün yeni yoluxma hallarının azaldığını bildirməsindən sonra gəlir. İki aylıq başlanğıcın episentri olan Hubei vilayətinin səhiyyə rəsmiləri yeni aşkarlama üsullarını tətbiq etməyə başladıqdan sonra Çin daxilində təsdiqlənmiş ümumi yoluxma hallarının sayı təxminən 60 000-ə qədər artıb.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus virusun yavaşlama xəbərini ehtiyatla qarşılayaraq "hələ də istənilən istiqamətə gedə biləcəyini" qeyd edib.

Sözügedən virus regional idman tədbirlərinə də ciddi ziyan vurur. Dünya Reqbi yarışlarının məşhur Sevens Seriyasının Sinqapur və Honq Konq mərhələləri aprel ayından oktyabr ayına keçirilib.

Bundan başqa gələn ay Çinin Nanjin şəhərində planlaşdırılan Yüngül Atletika üzrə Dünya Çempionatı da təxirə salınıb.

Builki Tokio Olimpiadasının təşkilat komitəsinin prezidenti Yoşiro Mori cümə axşamı jurnalistlərə bildirib ki, komitə iyul ayında başlayacaq Olimpiya oyunlarını nə təxirə salmağı, nə də ləğv etməyi düşünür.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG