Accessibility links

Koronavirusdan ölənlərin sayı 2000 nəfərdən çoxdur


Çinin Səhiyyə Komissiyası təsdiqlənmiş yoluxma hallarının azalmasına baxmayaraq, koronavirusdan ölənlərin sayının 2000 nəfəri keçdiyini açıqlayıb.

Çində ölənlərin sayı 2004-ə çatıb. Ölənlərin əksəriyyəti dekabr ayının əvvəlində virusun yayılmağa başladığı Hubei vilayətindəndir. Hubeidə 132 ölüm hadisəsi qeydə alınıb.

Lakin Səhiyyə Komissiyası bildirib ki, çərşənbə günü yeni 1749 təsdiqlənmiş yoluxma halının qeydə alınması fevral ayının ən aşağı göstəricisidir. Çində təsdiqlənmiş yoluxma hallarının sayı 74 minə çatıb.

Çinin dövlət mediası çərşənbə axşamı Prezident Şi Tsipinlə Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı baş tutub. Şi Tsipin Çinin virusla mübarizə tədbirlərində "nəzərəçarpan irəliləyiş" olduğunu vurğulayıb.

Gündəlik təsdiqlənmiş yoluxma halların sayının azalmasına baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) insanları rahatlamamaq barədə xəbərdarlıq edir və ən pis vəziyyətin bitdiyinə inanır. ÜST yoluxmanın hansı yolla davam edəcəyini əvvəlcədən söyləmək hələ tez olduğunu deyir.

ÜST-nin rəhbəri Tedros Adhanom Qebreyesus "Çindən kənarda görülən işlər haqqında kifayət qədər məlumatımız yoxdur" - deyə, qeyd edib. O, əlavə edib ki, koronavirus xəstələrinin 80% -dən çoxu "yüngül xəstəlik keçirir və sağalacaq".

Koronavirusun yayılması bütün dünyada fəsadlar törətməyə davam edir. ÜST Çindən kənarda 25 ölkədə 804 yoluxma hadisənin olduğunu, üçünün ölümlə nəticələndiyini bildirib.

Rusiya cümə axşamı günündən etibarən bütün çinlilərin ərazisinə girişini qadağan edəcəyini deyib.

Baş nazirin səhiyyə üzrə müavini Tatyana Qolikova qərarın "Çində getdikcə ağırlaşan epidemiya və Çin vətəndaşlarının Rusiya ərazisinə gəlməyə davam etməsi səbəbiylə" labüd olduğunu söyləyib.

ABŞ-ın dövlət katibi Mayk Pompeo ABŞ-ın Çinə xəstəliyə qarşı mübarizə aparmaq üçün "tibbi mütəxəssislərin daxil olmasına çox vaxt apardığını” qeyd edib.

Afrikaya səfəri zamanı Pompeo "Ümid edirik ki, məlumatı olan hər bir ölkə, o cümlədən Çin də tamamilə açıq və şəffaf olacaq ... Çin hökumətinin şəffaflığını artıracağına və bu məlumatları paylaşmağa davam edəcəyinə ümid edirik "

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG