Accessibility links

Koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq olunan səyahət qadağalarının əks təsirləri ola bilər


Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, Çindən gələn yeni koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq olunan səyahət qadağalarının əks təsirləri ola və bu, dünya boyu epidemiyanın daha da pisləşməsinə gətirib çıxara bilər. Ən son məlumatlara əsasən, koronavirusa yoluxma halları 12000-ə, ölənlərin sayı ilə 259-a çatıb. Yoluxma hallarının əksəriyyəti, ölüm hallarının isə hamısı Çində baş verib.

Ümumdünya Səhiyyə Təşkilatı fövqəladə hal komitəsi koronavirusu cümə axşamı ictimai sağlamlıq sahəsində qlobal təhlükə elan edib və ölümcül xəstəliyin yoluxmasının qarşını almaq məqsədilə bir sıra tövsiyələr irəli sürüb.

Koronavirus
Koronavirus

Təşkilat xəstəliyin Çinin daxilində sürətlə, dünya boyu isə davamlı olaraq sabit şəkildə yayılmasına baxmayaraq səyahət və ticarətə məhdudiyyətlərin tətbiq olunmasını tövsiyə etmir. Dünya boyu 22 ölkədə 100-dən çox yoluxma halı qeydə alınıb.

Bəzi hava yolları şirkətləri cavab olaraq Çinə uçuşları dayandırıb. Koronavirusu səhiyyə sahəsində qlobal fövqəladə vəziyyət elan edən Birləşmiş Ştatlar yaxın zamanda Çinə səfər edən xaricilərin ölkəyə daxil olmasına icazə verməyəcəyini bildirib. Avstraliya da bənzər tədbirlər görəcəyini bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Kristian Lindmayer deyir ki, sərhədləri bağlamaqla virusun yayılmasının qarşısını almaq mümkün olmayacaq.

“Ebola və ya digər epidemiyalar zamanı olduğu kimi indi də insanlar səyahət etmək istəsə edəcəklər. Əgər rəsmi yollar açıq olmasa, onlar qeyri-rəsmi yollara baş vuracaqlar. Amma bunun yeganə yolu nəzarət etmək, insanların qısdırmalarını ölçmək, səyahyət tarixçələrini müəyyən etmək, sərhədi keçənlərə nəzarət edib, onlarda simptomların olub-olmadığını yoxlamaqdır”, Lindmayer deyib.

O bildirir ki, ölkələrin vətəndaşlarını qorumaq üçün istədikləri tədbirləri görmək kimi suveren haqları var.

“Amma bizim tövsiyələr də belədir. Səyahət qdağaları tətbiq olunsa da, biz ümid edirik ki, onlar mümkün qədər qısa müddət davam edəcək” , o söyləyib.

Çin koronavirusun yayılmasının qarşısını almaq üçün böyük tədbirlər görür. Xəstəliyin episentri olan Uhan şəhəri və digər 15 şəhər karantinə alınıb və beləcə 50 milyona yaxın insan həmin şəhərlərdə ilişib qalıb.

Bütün bu səylərə baxmayaraq virus çox sürətli şəkildə yayılmağa davam edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG